Məhkəmə qərarları › İş №2(042)-987/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-987/2021

01.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-987/2021 01.12.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs1nə qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi Maraqlı şəxs1nə qarşı 01.10.1993-cü il Gədəbəy rayonunun Turşsu kəndində vəfat etmiş mərhum X15 ilə qohumluq münasibətində olması, yəni, X5 babası X3 qardaşı olması faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi 16 noyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, X15 onun babası X3 qardaşıdır. Babasının qardaşı X15 01.10.2093-cü il tarixdə vəfat etmişdir. X1 28.03.2018-ci il tarixdə, anası 15.07.2020-ci il tarixdə ölmüşdür. Babasının qardaşı X15 öldükdən sonra onun heç bir vərəsəsi qalmamışdır. O, X4 miras qalmış əmlakı qəbul etmək istəsə də Maraqlı şəxs2 aralarında qohumluq münasibətləri müəyyən edilmədiyi üçün imtina etmişdir. Qohumluq faktının müəyyən edilməsi mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar zəruridir. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi məhkəməyə teleqram göndərərək, şəxsi işləri ilə əlaqədar mülki işə onun iştirakı olmadan baxılmasını, şahidlər X6 və X17 dindirilməsini xahiş etmişdir. Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini rəhər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X16 ifadə verərək, bildirmişdir ki, ərizəçinin yaxın qohumudur. X15 ərizəçinin babasının qardaşıdır. Hər ikisinin atası İsrəfil, anası isə Bafta olmuşdur. Məhkəmə iclasında şahid kimi dindirilmiş X23 eyniməzmunlu ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X11 29.09.1937-ci il tarixdə Gədəbəy rayonunun Kilsəli Kəndində doğulmuşdur. İşdə olan Arayışdan görünür ki, X15 01.10.1993-cü il tarixdə ölmüşdür. İşdə olan X7 surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə doğulmuş, atası qrafasında X11, anası qrafasında X12 qeyd edilmişdir. İşdə olan X7 surətindən görünür ki, X11 25.09.1937-ci il tarixdə doğulmuş, atası qrafasında X13, anası qrafasında X18 qeyd edilmişdir. İşdə olan X2 surətindən görünür ki, X14 və X8 11 sentyabr 1969-cu il tarixdə evlənmişlər və arvada İsmayılova soyadı verilmişdir. İşdə olan X9 surətindən görünür ki, X11 28.03.2018-ci il tarixdə ölmüşdür. İşdə olan X9 surətindən görünür ki, X12 15.07.2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şahid ifadələrini və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə araşdırmaları ilə ərizəçinin 01.10.1993-cü il Gədəbəy rayonunun Turşsu kəndində vəfat etmiş mərhum X15 ilə qohumluq münasibətində olması, yəni, X5 ərizəçinin babası X3 qardaşı olması faktı sübut edilmişdir. Həmin faktın müəyyən edilməsi, ərizəçinin mülkiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar hüquqi əhəmiyyətlidir və ərizəçinin həmin faktı təsdiq edən sənədləri başqa qaydada alması mümkün deyildir. Ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi 01.10.1993-cü il Gədəbəy rayonunun Turşsu kəndində vəfat etmiş mərhum X15 ilə qohumluq münasibətində olması, yəni, X5 Ərizəçi babası X3 qardaşı olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar