Məhkəmə qərarları › İş №2(042)-995/2020

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-995/2020

20.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-995/2020 20.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Ərizəçi Müsəyib qızının“qohumluq münasibətində olma faktının müəyyən edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsə tanınması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Müsəyib qızının“qohumluq münasibətində olma faktının müəyyən edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsə tanınması” tələbinə dair ərizəsi xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Ərizə məhkəmənin icraatına qəbul edilmiş və işin məhkəmə hazırlıq iclası xx xxxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında işin aidiyyət qaydalarının pozulması ilə məhkəmənin icraatına qəbul edildiyi aşkar olunmuşdur. Belə ki, ərizəçi Məmmədova X1 şəhəri, 11 mikrarayon, ev 22, mənzil 38 ünvanında rəsmi qeydiyyatdadır. Həmçinin, ərizədə Ərizəçi faktiki olaraq Gədəbəy rayonunda yaşadığı göstərilsə də, bununla əlaqədar sübut təqdim edilməmiş, əksinə iddia ərizəsinə əlavə edilmiş Sumqayıt şəhər İH-nin MKTB-nin 17 saylı MKS tərəfindən verilmiş arayışda Ərizəçi Müsəyib qızının qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşadığı qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizəçi ərizəsini rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verməməklə aidiyyət qaydalarını pozmuş, həmin mülki iş aidiyyət qaydalarının pozulması ilə məhkəmənin icraatına qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Belə olan halda, məhkəmə hesab edir ki, Ərizəçi Müsəyib qızının“qohumluq münasibətində olma faktının müəyyən edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsə tanınması” tələbinə dair ərizəsinə baxılması Gədəbəy rayon Məhkəməsinin yurisdiksiyasına aid olmadığından ərizə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 309, 44-45, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Ərizəçi Müsəyib qızının“qohumluq münasibətində olma faktının müəyyən edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsə tanınması” tələbinə dair mülki iş aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar