Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1072/2021 22.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu, İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı “divarın sökülməsi və şərəf və ləyaqətin müdafiəsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən onun pəncərəsinin qarşısında inşa edilmiş divarın sökülməsi və Cavabdeh malayiq söyüşlərinə görə cəzalandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsində bir-biri ilə əlaqəli olmayan iki tələb birləşdirildiyi üçün geri qaytarılmalıdır. İddiaçının tələblərindən biri cavabdehlər tərəfindən onun pəncərəsinin qarşısında inşa edilmiş divarın sökülməsi, digəri isə cavabdehin nalayiq söyüşlərinə görə cəzalandırılması tələbidir. Qeyd olunmalıdır ki, bu tələblərdən biri hər iki cavabdehə, biri isə cavabdehlərdən birinə yönəlmiş, bir-biri ilə qarşılıqlı əlaqəsi olmayan tələblərdir və biri mülkiyyət hüququnun, digəri isə şərəf və ləyaqətin müdafiəsi ilə bağlıdır. Həmin tələblərin araşdırılması qaydası, sübutlar və sübutetmə formaları fərqli olmaqla bu tələblərə birlikdə baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2, 263-264 və 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı “divarın sökülməsi, şərəf və ləyaqətin müdafiəsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1072/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1072/2021
22.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver