Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1083/2021 07.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs «xxxx» ASC-in nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Gəncə «ASAN xidmət» mərkəzinin notariat ofisinə qarşı icra qeydinin ləğvinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Gəncə «ASAN xidmət» mərkəzinin notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29.12.2020-ci il tarixli 8İ-22660 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçılırın etibarnamə iş üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq iddia tələblərindən imtina etdiklərini və bu barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh Gəncə «ASAN xidmət» mərkəzinin notariat ofisinə məhkəmə hazırlıq iclasının keçirilməsi vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən və işə məhkəmədə baxılmalı olmadığından mülki işin məhkəmə baxışına xitam verilməlidir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 mülki işin məhkəmə baxışına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənləri nəzərərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261-264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Gəncə «ASAN xidmət» mərkəzinin notariat ofisinə qarşı icra qeydinin ləğvinə dair mülki işin məhkəmə baxışına xitam verilsin. Qərardadın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-1083/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1083/2021
07.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver