Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-11/2021 22.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “xxxx” KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1736,03 manat əsas, 31,09 manat faiz, 9,63 manat cərimə, cəmi 1776,75 manat cərimə və dövlət rüsumu olaraq ödədiyi 20 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək Cavabdeh cəmi 417,81 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsait tutularaq “xxxx” KB ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh müqavilə üzrə borcun düzgün hesablanmadığını iddia edərək əsas və faiz borcu ödədiyini və banka borcu qalmadığını bildirərək iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək iş üzrə icraat dayandırılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəy xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olduğundan mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə iddiadan imtina etdiyini bildirdi və məhkəmədən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə hesab edir ki, iddiaçı iddiasından imtina etdiyindən, iddiadan imtina qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52-ci maddəsini rəhbər tutaraq bu imtinanı qanuna zidd olmadığı və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul edir. Həmin məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə ərizəni və yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının iddiadan imtinası təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Məcəllənin 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Odur ki, 20 manat dövlət rüsumu dövlət büdcəsi hesabına iddiaçıya qaytarılmalı, 100 manat məbləğində ekspertiza xərci dövlət mədaxilinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ : İddiaçının iddiadan imtina etməsi qəbul olunsun. Mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 20 manat dövlət rüsumu dövlət büdcəsi hesabına iddiaçıya qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə aşağıdakı hesaba keçirilsin: Az.MEM; VÖEN **********; VÖEN **********; Kod 210005; m/h AZ41NABZ**********0000003944; S.W.İ.F.T. Bik: CTREAZ 22 Qərardadın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhər Kəpəz rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vəli Abdullayev
Məhkəmə qərarları › İş №2(043)-11/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-11/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver