Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-170/2021 28.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı «X4 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «X4 Azərbaycan» QSC Cavabdeh qarşı «kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı «X4 Azərbaycan» QSC 28.10.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, mülki işin baxılmamış saxlanılması və iş materiallarına əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə ki, Cavabdeh məhkəmə iclasına gəlmədiyindən, onun razılığını almaq mümkün olmadığı kimi, iddiaçının iradəsi iddia ərizəsinin qaytarılması istiqamətində olduğundan, məhkəmə hesab edir ki, buna zərurət də mövcud deyildir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı «X4 Azərbaycan» QSC-yə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. İş materiallarından görünür ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 13 mart 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tərəfindən müstəqil qiymətləndirmə ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən mübahisə predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, X3 küçəsi, ev 177 ünvanına baxış keçirilmiş və 01/21-432 saylı, 30.08.2021-ci il tarixli “əmlakın bazar və likvid dəyərinin müəyyən edilməsi” barədə rəyi məhkəməyə daxil olmuşdur. Bu zaman aparılmış təhqiqatın dəyəri 400 (dörd yüz) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı olduğundan, məhkəmə müstəqil qiymətləndirmə ekspertiza tədqiqatının dəyərini təşkil edən 400 (dörd yüz) manat bərabər məbləğdə iş üzrə tərəflərə aid edilməli, 200 (iki yüz) manat hissəsi «X4 Azərbaycan» QSC-dən və 200 (iki yüz) manat hissəsi isə Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı «X4 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı «X4 Azərbaycan» QSC-yə geri qaytarılsın. Məhkəmə xərci qismində müstəqil qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri 400 (dörd yüz) manatın, 200 (iki yüz) manat hissəsi «X4 Azərbaycan» QSC-dən və 200 (iki yüz) manat hissəsi isə Cavabdeh tutularaq, "xxxx" MMC-nin hesabına (VÖEN **********, bank "xxxx" ASC-nin Azadlıq filialı, m/h: AZ80NABZ********************, h/h: AZ49BRES003 803 **********9901, kod 507547, VÖEN **********, SWİFT BRESAZ22) köçürülsün. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-170/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-170/2021
28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver