Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-191/2021 04.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, DƏDRX-nin 3 saylı X1 (üçüncü şəxs “Maraqlı şəxs ASC) qarşı “İpoteka müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş reystrdən yüklülük çıxarışının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, DƏDRX-nin 3 saylı X1 (üçüncü şəxs “Maraqlı şəxs ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Gəncə ASAN xidmət mərkəzi Notariat Kontorunun təsdiqlədiyi İddiaçı ilə Maraqlı şəxs ASC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli GNC-2125ip saylı İpoteka müqaviləsinin etibarsız hesab edilməsinə və onun əsasında cavabdeh DƏDRX-nin 3 saylı X2 tərəfindən verilmiş yüklülük çıxarışının ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 259.0.6, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, DƏDRX-nin 3 saylı X1 (üçüncü şəxs “Maraqlı şəxs ASC) qarşı “İpoteka müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş reystrdən yüklülük çıxarışının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-191/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-191/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver