Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2150/2021 27.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı “İcarə müqaviləsinin ləğvi, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Cavabdeh qarşı “İcarə müqaviləsinin ləğvi, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 27 sentyabr 2016-cı il tarixli icarə müqaviləsinə əsasən yaranmış 18200 (o səkkiz min iki yüz) manat pul məbləğinin yəni ona dəymiş zərərin Cavabdeh tutularaq ona ödənilməsi, aralarında bağlanmış 27 sentyabr 2016-cı il tarixli icarə müqaviləsinin ləğv edilməsi və icarəyə verilmiş ona məxsus olan Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən qeyri- yaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 259.0.6, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “İcarə müqaviləsinin ləğvi, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2150/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2150/2021
27.07.2021 · Müqavilələrin ləğv edilməsi - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver