Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № 2(043)-2204/2021 03.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ 03 iyun 2021-ci il Gəncə şəhəri Mən, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin hakimi Hüseynov Zaur Nazim oğlu, ünvan 1 ünvanında yerləşən kreditor “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Gəncə şəhəri, Kəpəz rayonu, Dos-6, ev 45 ünvanında yaşayan Borclu qarşı borcun və ödənilmiş dövlət rüsumunun tutulması tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, müəyyən etdim: Kreditor “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək Borclu 1365 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1385 manat məbləğində pul vəsaitinin alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditorun məhkəməyə təqdim etdiyi ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, kreditor ilə borclu arasında 19 mart 2020-ci il tarixdə bağlanmış müqavilədə borclu ümumi qiyməti 1379 manat olan məişət avadanlığını almasını, əşyanın dəyərinin 14 manatını ödəməsini, qalan 1365 manat borcunu isə hər ay 91 manat olmaqla 15 ay müddətinə kreditora ödəyəcəyini etiraf etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Borclu 19 mart 2020-ci il tarixli müqavilə üzrə 1365 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında borcun etiraf edilməsinə dair müqavilə bağlanmış, borclu Kreditor MMC qarşısında 19 mart 2020-ci il tarixli müqavilə üzrə 1365 manat, borc öhdəliyi olduğunu etiraf etmişdir. Lakin, borclu müqavilə əsasında üzərinə götürdüyü pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, kreditor borcludan borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, əmr etdim: xx.xx.1979-cu ildə ünvan 2 ünvanında yaşayan Borclu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 1365 manat ödənilməmiş borc və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla, cəmi 1385 (min üç yüz səksən beş) manat məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-2204/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(043)-2204/2021
03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver