Məhkəmə qərarları › İş №2(043)-319/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-319/2021

05.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-319/2021 05.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək onun 06.01.1987ci il tarixdə doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, 06 yanvar 1987-ci il tarixdə atası X10 ilə X2nın birgə ailə münasibətlərindən doğulmuşdur. X2 Azərbaycan Respublikasının vətəndaşı, atası X10 isə Gürcüstan Respublikasının vətəndaşı olmuşdur. Anasının dediyinə görə onunla atasının rəsmi nikahları olmamış, atası ilə faktiki nikah münasibətlərində olmuşlar. Atası və anası Azərbaycanda bir yerdə az müddət yaşadıqdan sonra ata və anası ayrılmışlar, atası Gürcüstana getmişdir. Anası isə Göygöl rayonu Quşqara kəndində yaşamışdır. Həmin vaxt ,o, dünyaya gəlmişdir. O, atasını görməmişdir və tanımır. Hazırda da onunla hər hansı əlaqəsi yoxdur. Ona məxsus hər hansı sənəd də onda mövcud deyildir. O, Gürcüstan Respublikasının vətəndaşı olduğundan ona aid hər hansı sənədi də əldə etmək imkanı xaricindədir. Anası dediyinə görə, o, 06 yanvar 1987-ci il tarixdə anadan olmuşdur. Savadsızlıq və maddi imkansızlıq ucbatından anası onun doğum faktını qeydə aldırmamışdır. Bu vaxta kimi onun kimliyini təsdiq edən heç bir sənəd almamışdır. Anası 18 avqust 2012-ci ildə vəfat etmişdir. Hazırda tək yaşayır. O, doğum haqqında şəhadətnamə əldə etmək üçün hər yerə müraciət etsə də həmin sənədi əldə etmək mümkün olmamışdır. Odur ki, hazırda doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərdi ki, ərizəçini tanıyır. Ərizəçi 2002-ci il tarixdən onlarda yaşayır. Belə ki, ərizəçinin anasını əvvəldən tanımışdır. Ərizəçi doğulduqdan sonra ona doğum haqqında şəhadətnamə alınmamışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti Başçısının Məhsəti qəsəbəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 18.05.2020-ci il tarixli 232 nömrəli arayışdan görünür ki, Ərizəçi Gəncə şəhəri, Kəpəz rayonu, Məhsəti qəsəbəsində qohumu X5 məxsus evdə qeydiyyatsız olaraq yaşayır. 27.02.2020-ci il tarixli aktda göstərilmişdir ki, həqiqətən X1 olmadığı üçün Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşamasını qohumu X7 təsdiq etmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin 25.03.2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi barəsində Gncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən şübhəli və ya təqsirləndirilən şəxs qmində axtarış qərarı çxmamış, həmçinin barəsində hər hansı bir cinayət işi yoxdur. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, işdə olan sənədlərlə birlikdə araşdıraraq hesab edir ki, ərizə əsassız oluğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra- AM) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. AM-in 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi ərizəçi ərizəsində 06 yanvar 1987-ci ildə anadan olmasını lakin anadan olarkən doğumunun qeydə alınmamasını göstərsə də bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Bununla yanaşı 33 il ərzində ərizəçinin öz doğumunun qeydə alınması və müvafiq sənədlərin əldə olunması ilə bağlı hər hansı orqana müraciət etməməsini məhkəmə işin halarına uyğun hesab etmir. Eyni zamanda ərizəçi Göygöl rayonu Quşqara kəndində doğulmasını göstərməklə Gürcüstan Respublikası vətəndaşı olduğu üçün hər hansı sənədi əldə etmək imkanı xaricində olduğunu qeyd etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar