Məhkəmə qərarları › İş №2(043)-3192/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3192/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3192/2020 13.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Cavabdeh vərəsəsi X2 qarşı “ölmüş şəxsin kredit borcunun mirsası qəbul etmiş vərəsələrdən tutulmasına” tələbinə dair mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC Cavabdeh vərəsəsi X2 qarşı “ölmüş şəxsin kredit borcunun mirsası qəbul etmiş vərəsələrdən tutulmasına” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Cavabdeh vərəsəsi X1 iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə 1524,92 manat əsas, 0,02 manat faiz borcu olmaqla, cəmi 1524,94 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi səlahiyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməmiş şəxs tərəfindən imzalandığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. İddia ərizəsi İddiaçı ASC-nin X3 Departamentinin direktoru tərəfindən imzalanmışdır. Direktora iddia ərizəsini imzalamaq səlahiyyətinin verilməsini təsdiq edən sənəd kimi Bankın İdarə heyətinin sədri Abbas İbrahimov tərəfindən imzalanmış xx xxxxxx 2020-ci il tarixli etibarnamənin surəti əlavə edilmişdir. Həmin surət vəzifəsi və adı göstərilməmiş şəxs tərəfindən təkrarən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.3, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Cavabdeh vərəsəsi X2 qarşı “ölmüş şəxsin kredit borcunun mirsası qəbul etmiş vərəsələrdən tutulmasına” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar