Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3203/2021 17.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nа, Cavabdeh2nа, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X1, Cavabdeh7, SCavabdeh8, Süleymanova (Səfərova) Ruidə Zakir qızına və Cavabdeh10 qarşı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1nа, Cavabdeh2nа, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X1, Cavabdeh7, SCavabdeh8, Süleymanova (Səfərova) Ruidə Zakir qızına və Cavabdeh10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərин ona məxsus olan Gəncə şəhəri, 4-mik, ev 29, 50 nömrəli mənzilдян istifadə hüquqlarının itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehilərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1nа, Cavabdeh2nа, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X1, Cavabdeh7, SCavabdeh8, Süleymanova (Səfərova) Ruidə Zakir qızına və Cavabdeh10 qarşı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-in 263, 266-268ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1nа, Cavabdeh2nа, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X1, Cavabdeh7, SCavabdeh8, Süleymanova (Səfərova) Ruidə Zakir qızına və Cavabdeh10 qarşı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardadın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3203/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3203/2021
17.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver