Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-335/2022 21.02.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, qızı X5 04 fevral 1978-ci il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, X9 ilə rəsmi qaydada ailə həyatı qurmuşlar. Nikahlarını 05 iyun 1975-ci il tarixdə Gəncə (keçmiş Kirovabad) şəhər VVAQ şöbəsində 530 saylı aktla qeyd etdirmişlər. Birgə nikahlarından 4 övladları olmuşdur. Onlardan 21 mart 1977-ci il tarixdə anadan olmuş qızı X10 04 fevral 1978-ci il tarixdə vəfat etmişdir. Valideyn olaraq səhlənkarlıq göstərmiş ona ölüm haqqında şəhadətnamə almamışlar. Hal-hazırda adına olan ünvan 1 ünvanda yerləşən mənzili özəlləşdirərək oğlu X2 adına keçirtmək üçün tələb olunan sənədlərin bir qismini təqdim etmişlər, lakin 21 mart 1977-ci il tarixdə anadan olmuş qızı X5 ölüm haqqında şəhadətnaməsini əldə edə bilmirlər. Belə ki, Qeydiyyat şöbəsi bundan imtina etmiş və bununla bağlı imtina məktubu vermişdir. Odur ki, məcbur olub məhkəməyə müraciət etmişdir. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi məhkəməyə məktub ünvanlayaraq ərizəyə qarşı rəy və etirazlarının olmadığını bildirərək işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, Ərizəçi ilə 1977-1978-ci illər ərzində qonşu olmuşlar.Belə ki, azyaşlı övladı Emilya anadan olduqdan 1 il sonra xəstəikdən ölmüşdür. Onu dəfn edərkən iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində göstərdi ki, Ərizəçi ilə 1977-1978-ci illər ərzində qonşu olmuşlar. Qiyasın həyat yoldaşı ilə münasibətləri yaxın olmuşdur.Emilya adlı uşaqları anadan olmuşdur və 1978-ci il tarixində xəstəlikdən ölmüşdür.Yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İ-JQ 323635 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X9 arasında olan nikah 05 iyun 1975-ci il tarixdə Gəncə (keçmiş Kirovabad) şəhər VVAQ şöbəsində 530 sayla qeydə alınmışdır. İV-JQ 464721 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X6 birgə nikahlarından 21 mart 1977-ci il tarixdə X10 adlı uşaqları anadan olmuşdur. Nizami rayon Bələdiyyəsi Dəfn və Mərasim Xidməti şöbəsi tərəfindən verilmiş 23.11.2021-ci il tarixli, 1053 saylı arayışdan görünür ki, X10 4 nömrəli qəbiristanlıqda 04.02.1978-ci il tarixdə dəfn olunmuşdur. 16.06.2021-ci il tarixli, 58 nömrəli məktubdan görünür ki, 04.02.1978-ci il tarixdə vəfat etmiş X3 ölümü barədə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində məlumat aşkar edilməmişdir. Gəncə Şəhər Birləşmiş Xəstəxanası tərəfindən verilmiş 17.12.2021-ci il tarixli, 09- 2572 saylı məktubundan görünür ki, 1978-ci il tarixdə vəfat etmiş X3 ambulator kartasının təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və içtimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə sübut olundu ki, ərizəçinin qızı X8 04 fevral 1978-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. Göründüyü kimi, ərizəçi qızı X4 ölməsi faktını təstiq edən lazımı sənədi əldə edə bilmir, hansı ki, həmin sənədin əldə olunması ərizəçiyə mənzilin özəlləşdirilməsi ilə bağlı məsələlərin həlli üçün vacibdir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməli, ərizəçinin qızı X4 04 fevral 1978-ci ildə Gəncə şəhərində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307, 308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin olunsun. 21 mart 1977-ci il tarixdə anadan olmuş X5 04 fevral 1978-ci ildə Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-335/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-335/2022
21.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver