Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3544/2020 01.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbi barədə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə müraciət edərək, Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il qətnaməsinə əsasən cavabdehin xeyrinə xx xxxxxxxx 2017-ci il tarixdə anadan olmuş qızı X1 üçün ondan tutulan alimentin miqdarının azaldılmasını, cavabdehin xeyrinə ondan hər ay sosial müavinətinin 50 % miqdarında alimentin tutulmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il qətnaməsinə əsasən xx xxxxxxxx 2017-ci il tarixdə anadan olmuş qızı X1 üçün ondan cavabdehin xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulur. O, hal-hazırda rəsmi və ya qeyri-rəsmi heç bir yerdə işləmir, İİ qrup əlildir, hər ay 130 manat pensiya alır, bundan başqa gəliri yoxdur. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə ondan cavabdehin xeyrinə tutulan 170 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq, hər ay aldığı sosial müavinətin (130 manat) yarısı məbləğində, yəni hər ay 65 manat məbləğində müəyyən edilməsini tələb etmişdir. Başqa sözlə, iddiaçı ondan tutulan alimentin məbləğinin 105 manat həddində azaldılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı ərizəsində göstərilən iddianın qiyməti 500 manatdan çox olduğundan (105 manat x 12 ay = 1260 manat), o, 30 manat məbləğində dövlət rüsumu ödəməli idi. Lakin, iddia ərizəsinə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı göstərilən ərizə üzrə 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud ərizə üzrə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödəsə də, qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunu ödəmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 152.4cü maddə). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5, 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının azaldılması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-3544/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3544/2020
01.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver