Məhkəmə qərarları › İş №2(043)-3545/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3545/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3545/2020 01.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə X2 rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən edilmişdir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilməmişdir. Belə ki, iddia ərizəsində cavabdehin ünvanı kimi Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti 42C ünvanı göstərilsə də, Azərbaycan Respublikası Vergilər Nazirliyinin İnternet Vergi İdarəsinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, Cavabdeh ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X1 prospekti, ev 42 ünvanıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Məhkəmə hesab edir ki, Cavabdeh ASC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşdiyindən, hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Nərimanov rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunan prosessual normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsinə ərazi aidiyyəti üzrə X2 rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsivə ona əlavə edilmiş sənədlər geriqaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində X2 Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar