Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Gəncə şəhəri İş № 2(043)-3608/2021 06.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Tağıyev Cavid Tahir oğlu, Kreditor MMC-nin Borclu qarşı məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, müəyyən etdim: Kreditor MMC məhkəməyə ərizə ilə müraciət edərək borclu xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 1466 (bir min dörd yüz altmış altı) manat məbləğində borcun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor MMC-in məhkəməyə təqdim etdiyi ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, Kreditor MMC ilə Borclu arasında 14.10.2019-cu ildə hissə-hissə ödəmək şərti ilə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı Borclu Kreditor mağazasından ümumi dəyəri 510 manat olan avadanlıq almışdır. Borclu aldığı avadanlığın bir qismini ödəmiş malın qalıq ümumi dəyəri 168 manatı ödəməmişdir. Daha sonra Kreditor MMC ilə Borclu arasında 11.03.2020-ci ildə hissə-hissə ödəmək şərti ilə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı Borclu Kreditor mağazasından ümumi dəyəri 408 manat olan avadanlıq almışdır. Borclu aldığı avadanlığın bir qismini ödəmiş malın qalıq ümumi dəyəri 238 manatı ödəməmişdir. Sonuncu dəfə Kreditor MMC ilə Borclu arasında 20.08.2020-ci ildə hissə-hissə ödəmək şərti ilə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı Borclu Kreditor mağazasından ümumi dəyəri 1472 manat olan avadanlıq almışdır. Borclu aldığı avadanlığın bir qismini ödəmiş malın qalıq ümumi dəyəri 1060 manatı ödəməmişdir. Ümumilikdə borclunun kreditora 1466 manat borcu qalmışdır. İş materiallarında olan 14.10.2019-cu il tarixli, 28K5647205 nömrəli borc müqaviləsindən görünür ki, Borclu Kreditor MMC-dən hər ay hissə-hissə olmaqla ümumi dəyəri 510 manat olan avadanlıq almışdır. 11.03.2020-ci il tarixli, 28K5771837 nömrəli borc müqaviləsindən görünür ki, Borclu Kreditor MMC-dən hər ay hissə-hissə olmaqla ümumi dəyəri 408 manat olan avadanlıq almışdır. 20.08.2020-ci il tarixli, 28K5785752 nömrəli borc müqaviləsindən görünür ki, Borclu Kreditor MMC-dən hər ay hissə-hissə olmaqla ümumi dəyəri 1472 manat olan məişət avadanlığı almışdır. 01.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Borclu 14.10.2019-cu il tarixli müqavilə üzrə 168 manat, 11.03.2020-ci il tarixli müqavilə üzrə 238 manat, 20.08.2020-ci il tarixli müqavilə üzrə 1060 manat olmaqla, ümumilikdə 1466 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. MM-in 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. MM-in 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-in 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, həmin müqavilə ilə ödənişin məbləği, son ödəmə tarixi, tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmişdir. Kreditor üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Borclu isə müqavilə üzrə öhdəliyi icra etməmişdir MPM-nin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, əmr etdim: xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 14.10.2019-cu il tarixli müqavilə üzrə 168 manat, 11.03.2020-ci il tarixli müqavilə üzrə 238 manat, 20.08.2020-ci il tarixli müqavilə üzrə 1060 manat olmaqla, ümumilikdə 1466,00 (bir min dörd yüz altmış altı) manat məbləğində pul və 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Kreditor MMC-in hesabına ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3608/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(043)-3608/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver