Məhkəmə qərarları › İş №2(043)-3733/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3733/2020

22.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3733/2020 22.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı «mülkdən çıxarılma» tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu Yeni-Natavan qəsəbəsində yerləşən mülkdən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Müəyyən olunur ki, iddia ərizəsinin forma məzmununa dair tələblərə riayət olunmayaraq iddia ərizəsinin dəlillərində və xahiş etdi hissəsində bir qədər qeyri-müəyyənlik və tələbin dəqiq olmaması mövcuddur. Belə ki, ərizədə cavabdehin çıxarılması qeyd edilən mülkün ev və ya qeyri yaşayış sahəsi olması, dəqiq ünvanı göstərilməmiş, ümumi olaraq cavabdehi Gəncə şəhəri, Kəpəz rayonu Yeni-Natavan qəsəbəsində yerləşən mülkdən çıxarılması xahiş edilmiş, cavabdehin poçt ünvanı dəqiq göstərilməmişdir. Həmçinin ərizənin dəlillərində və ona əlavə edilmiş iddiaçının adına olan torpağa dair sənəddə isə torpaq sahəsinin Samux rayonunun ərazisində olması müəyyən edilir. Nəticədə tələbdə qeyri-müəyyənlik yaranmış, iddia tələbinin cavabdehə yönəlməsini və ərazi aidiyyəti üzrə hansı məhkəmədə baxılmalı olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, elektron məhkəmə portalından çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Sarıyev X1 şəhəri, Nizami küçəsi, mənzil 16, ev 52 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2, 149.2.3 və 149.4-cü maddələrinə əsasən ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərar verdim: İddiaçı Cavabdeh qarşı «mülkdən çıxarılma» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməsinə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar