Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3840/2021 01.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğluna qarşı «yaşayış otaqlarından istifadə hüquqlarının itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı Gəncə şəhər MKTİB cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğluna qarşı «yaşayış otaqlarından istifadə hüquqlarının itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yaşar-Həsrət Əliyev qardaşları küçəsi, 10 saylı bina (yataqxana) İddiaçın balansındadır. Həmin binanın 1 saylı otağında qeydiyyatda olan Cavabdeh1, 15 saylı otağında qeydiyyatda olan Cavabdeh2, 27 saylı otağında qeydiyyatda olan Cavabdeh3 uzun illərdir ki, həmin binada yaşamırlar. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsində bir-biri ilə əlaqəli olmayan bir neçə tələb birləşdirildiyindən, eləcə də iddia ərizəsinin qanunla müəyyən edilmiş məzmununa riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində fiziki şəxs kimi göstərilən cavabdehlərin hər birinə qarşı müstəqil tələb irəli sürərək, cavabdehlərdən hər birinə münasibətdə onların ayrıayrılıqda qeydiyyatda olduqları yaşayış sahələrindən istifadə hüquqlarının itirilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, müxtəlif cavabdehlərə qarşı yönəlmiş həmin tələblərin bir-biri ilə əlaqəsi olmadığı üçün onlar bir icraatda birləşdirilərək baxıla bilməz, bu tələblərin hər birinə ayrıca icraatda baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.7, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğluna qarşı «yaşayış otaqlarından istifadə hüquqlarının itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-3840/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3840/2021
01.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver