Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-416/2021 06.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı2 və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «torpaq sahəsinin qanunsuz istifadədən geri alınması, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayon İcra Hakimiyyəti və İddiaçı1 arasında bağlanmış 27 fevral 2018-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 03 №- li müqavilə əsasında icarədə olan 900 ha torpaq sahəsinin Cavabdeh qanunsuz istifadəsindən geri alınması və Cavabdeh İddiaçı1 qanuni icarəsində olan 900 ha torpaq sahəsinin iki il yarım qanunsuz istifadəsi nəticəsində təsərrüfatımıza dəymiş 100,000 (bir yüz min) manat maddi və İddiaçı1 və İddiaçı2 dəymiş 30,000 (otuz min) manat mənəvi ziyanın Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 mülki işin Goranboy Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə vəsatət təqdim edərək, torpaq sahəsinin Goranboy rayonu ərazisində yerləşdiyindən mülki işin baxılması üçün Goranboy rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı1 məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Məhkəmə İddiaçı1 iştirakı olmadan məhkəmə baxışını mümkün hesab edir. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisə edilən 900 hektar torpaq sahəsi Goranboy rayonu ərazisində yerləşir və verilmiş iddia torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi ilə əlaqədardır. İş materiallarına əlavə edilmiş Goranboy Rayon İcra Hakimiyyəti Başçısının 27.02.2018-ci il tarixli, 25 nömrəli sərəncamının surətindən görünür ki, Goranboy rayonunun “Acı dərə” massivində yerləşən 48 saylı qışlaqdan 800,0 hektar və həmin massivdə yerləşən X3 100,0 hektar olmaq, cəmi 900,0 hektar olan torpaq sahəsi Goranboy rayonu ərazisində yerləşir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 Yasın oğlunun və X1 Cavabdeh qarşı «torpaq sahəsinin qanunsuz istifadədən geri alınması, maddi və mənəvi ziyanın ödənilməsi» dair mülki işə Goranboy Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Qeyd edilən maddələrin tələblərindən göründüyü kimi, məhkəmədə aidiyyət məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməli, mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin istifadəsindən geri tələb edilən torpaq sahəsi məhz Goranboy rayonunun inzibati ərazisinə aid olması müəyyən edildiyindən, iddiaya müstəsna aidiyyət qaydalarına görə mübahisəli torpaq sahələrinin yerləşdiyi yer üzrə Goranboy Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 Yasın oğlunun və X1 Cavabdeh qarşı «torpaq sahəsinin qanunsuz istifadədən geri alınması, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün ərzində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-416/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-416/2021
06.05.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver