Məhkəmə qərarları › İş №2(043)-609/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-609/2021

05.05.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-609/2021 05.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi qızının maraqlı şəxs Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 18.07.1987-ci ildə anadan olmuş oğlu X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, 17.11.1986-cı ildə X5 ilə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından 18.07.1987-ci il təvəllüdlü X6 anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında 18.07.1987-ci il təvəllüdlü oğlu X6 ilə birgə yaşayırlar. Əvvəllər əri C.Məmmədovla normal yaşasalar da sonradan ailə münaqişəsi zəminində 2009-cu ildə Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə aralarında bağlanmış nikah qeydi ləğv olunmuşdur. 18.07.1987-ci il təvəllüdlü oğlu X6 31.07.1998-ci ildən Gəncə şəhəri Psixonevroloji Dispanserdə “kəskin inebesilin dərəcəsində ağıl zəifliyi” diaqnozu ilə qeydiyyatdadır. O, özünü sərbəst idarə edə bilmir. Daim başqa şəxsin köməyinə ehtiyacı vardır. Həmçinin oğlu ümumi xəstəliyə görə 1-ci qurup əlildir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısı yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi X7 ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə iş üzrə ərizəçinin və qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AA******* nömrəli şəxsiyyət vəsiqəsinin elektron məlumat bazada olan çıxarışından görünür ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. AZE15418491 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 şəhəri Kəpəz rayonu, Tereşkova küçəsi, ev 39, mənzil 16 ünvanında qeydiyyatdadır. Xİİ-JQ 409243 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 18.07.1987-ci il təvəllüdlü X2 atası X5, anası isə Mehralıyeva (Məmmədova) Məhluqə Göyüş qızı kimi qeyd edilmişdir. AZ-İ 094686 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinən görünür ki, X5 ilə Mehralıyeva (Məmmədova) Məhluqə Göyüş qızı arasında olan nikaha 09.09.2009-cu il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Rayonlararası Psixonevroloji Dispanseri tərəfindən verilmiş 16.11.2020-ci il tarixli, 267 nömrəli arayışdan görünür ki, X1 Ruhi Əsəb Dispanserində kəskin inbesillik dərəcəsində ağıl zəifliyi diaqnozu ilə qeydiyyatda durur. Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti başçısının Şıxzamanlı qəsəbəsi İƏDÜ nümayəndəliyi tərəfindən 30.11.2020-ci il tarixdə verilmiş 872 nömrəli arayışdan görünür ki, Ərizəçi oğu X6 ilə ünvan 2 ünvanında yaşayır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Rayonlararası Psixonevroloji Dispanserin 30.03.2021-ci il tarixli 44 nömrəli rəyindən görünür ki, ekspertiza zamanı X3 ORTA DƏRƏCƏ ƏQLİ GERİLİK, DAVRANİŞ POZUNTULARİ VƏ QİCOLMA TUTMALARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı -10-cu baxış F71.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq Məmmədov Mahir Cavanşir oğlu FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərinin, uşaqların, qardaşbacılarının), müvafiq icra hakimiyyəti orqanının psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. MPM-in 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edildi ki, X6 psixi qüsur nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və hərəkətlərini idarə edə bilmir. Belə olan halda məhkəmə hesab edir ki, X2 psixi qüsuru nəticəsində onun öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən ərizə təmin edilməli X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 18.07.1987-ci ildə anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X2 üzərində qəyyum təyin edilməsi Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar