Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-650/2021 03.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh və onun vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan və hazırda cavabdehdə saxlanılan qızıl-zinət əşyaları – brilliant qaşlı üzük-sırğa dəsti (750 prob) - 2500 manat, brilliant qaşlı (mirvarili) üzük-sırğa dəsti (750 prob) – 1700 manat, ay ulduz formalı, brilliant qaşlı saat – 1800 manat, badam formalı klon – 200 manat, raket formalı boyunbağı (15 qram)- 800 manat, onluq klon – 1000 manat, kəhraba (yantar) qaşlı üzük – 250 manat, yarpaq formalı klon – 110 manat, göz muncuğu formalı klon - 60 manat, qolbağı (10 qramlıq) – 800 manat, Yoluçnu sep (30 qramlıq) – 2400 manat, sapfir qaşlı üzük – 150 manat, şir bürc klonu – 110 manat, raket formalı qolbağı – 480 manat, brilliant qaşlı üzük - 300 manat, qol saatı- 35 manat, brilliant qaşlı, kəpənək formalı nişan üzüyü (7 qram) – 560 manat, 5 brilliant qaşlı üzük – 800 manat dəyərində; cehiz əşyaları - yataq mebeli; divankreslo və jurnal massası; pianino; 1 ədəd ağ və qəhvəyi rəngli ikinəfərlik döşək; 2 ədəd tək nəfərlik döşək hər biri 80 manat; 2 ədəd yorğan biri 50 manat; 8 ədəd balınc; jurnal massası üstü şüşə; 2 ədəd aşsüzən; 2 ədəd şirəli vedrə; 2 ədəd şirəli ləyən; tort boşqabları 4 qutu (küllülər,rəngli), piti qazanı yaşıl rəngli; 6 ədəd çay qaşıqları qutuda; 2 ədəd gecə lampası; 1 ədəd balığ fiqurlu gecə lampası; 2 ədəd balaca xrustal gül qabı; şirəli qazan dəsti (ağ rəngli çiyələk bəzəkli); sarı rəngli şirəli qazan; kompot qabı 6 bakalla - 2 dəst; çay dəsmalları; 1 ədəd stol süfrəsi 12 ədəd xörək qaşığı; 12 ədəd çay qaşığı; 12 ədəd çəngəl; bıçaq naboru; çömçə; tort qaşıqları; 2 ədəd göy rəngli konfet qabı; 2 ədəd böyük həcmli göy rəngli bakal; madonna yemək servizi 6 nəfərlik; Tefal çaynik; Tefal şüşədən çaynik; 8 dəst 6 nəfərlik qaşıq, çəngəl, bıçaq və çay qaşığı; 1 ədəd qazan Tefal; Nikeldən 2 ədəddən ibarət podnos dəsti ; 4 ədəd döşəkçə divan üstü; ədviyyat üçün fiqur qab; tərəzi; yataq dəsti (atlas); masa örtüsü (8 nəfərlik); 3 ədəd kiçik masa örtüsü; şamdam dəsti (qızı üçündür); yaşıl rəngli lepkdan 6 nəfərlik morojna qabları; 6 ədəd yaşıl rəngli lepkdan füjer; 2 ədəd yaşıl rəngli lepkdan konfet qabı; 2 ədəd yaşıl rəngli lepkdan meyvə qabı; 6 ədəd yaşıl rəngli lepkdan mürəbbə qabı; yaşıl rəngli lepkdan Liker qabı və 6 stopkası; 2 ədəd göy rəngli lepkadan böyük konfet qabı; göy rəngli lepkadan kompot qabı; 2 ədəd yaşıl rəngli lepkdan kül qabı; 1 ədəd yaşıl rəngli lepkdan gül qabı; 1 ədəd yaşıl rəngli lepkdan gül qabı balaca həcmdə; 6 ədəd göy rəngli lepkadan bakal; qırmızı lepka (gül qabı); 6 ədəd qırmızı lepka bakal; 1 ədəd ləpka qırmızı meyvə qabı; 2 ədəd qırmızı lepka kanfet vazası; 6 ədəd yaşıl hündür bakal; 1 ədəd göy lepka kanfet qabı; 2 ədəd Tom xrustal meyvə qabı; Tom xrustaldan 1 qrafin 6 fınçanlı; 6 ədəd Tom xrustal füjer; 6 ədəd Tom stəkan; 2 ədəd Tom Səbət (kanfet qabı); 1 ədəd Tom meyvə vazı gül formasında; Tom külqabı 1 ədəd; 12 ədəd şüşə bakal; 2 ədəd kobat salfet qabı; 6 balalı ləpə qabı göy rəngdə; 6 ədəd xrustal rumka; 2 ədəd xrustal şamdan; 6 ədəd çexin stəkanı likor; 6 ədəd farvor limon qabı; 6 ədəd farvor göy kobat limon qabı; 12 ədəd salat üçün kəsa; 12 ədəd ağ zərli salat kəsası; 6 nəfərlik boşqab dəsti (18 nəfərlik); göy çaynı servis kobat; 6 ədəd ləpə qabı farvordan; 1 ədəd qaşlı farvor meyvə səbəti; 6 ədəd şampan bakalı (zərli); xrustal 6 bakalı kanyak dəsti; 2 ədəd Kobat meyvə qabı; 2 ədəd böyük və 2 ədəd kiçik latun bulud boşqablar; 1 ədəd qazan dəsti termostar (yeni); 8 ədəd Luminarq dəst latundan şirniyyat dəsti; qırmızı qazan dəsti 5 ədəd; Galaqsi qazan dəsti; 1 ədəd farvor çörək qabı; 1 ədəd üçkünc boşqab latun bəzəkli; 2 ədəd mələk farvor meyvə qabı latun; 2 ədəd farvor kanfet vazası latun; 3 ədəd altı şamlı yemək qabı qapaqlı; 1 ədəd şamlı çaydan; 2 ədəd göy kobat pecenya qabı; 1 ədəd meduza meyvə qabı; 1 ədəd tort qabı; 6 ədəd xrustal duz qabı; 2 ədəd gümüşdən duz və istiot qabı; tort bıçaq və lopatka lepkalı; tort bıçağı nikeldən; 24 nəfərlik qırmızı və kofe rəngli boşqab dəsti - 72 ədəd; 2 ədəd tort lopatkası; 6 ədəd aş üçün böyük qaşıqlar; 6 ədəd bozartma qaşığı böyük həcmli; 2 ədəd kəfkir nikeldən; 6 ədəd çömçə; 1 ədəd 3m*5m təbriz xalçası; 2 ədəd balaca xalça; 1,2 Gəncə xalçası; ağ qırmızı güllü gəvə; 1 ədəd masa örtüsü 8 nəfərlik; tül masa örtüsü 1 ədəd 8 nəfərlik; 1 ədəd tül masa örtüsü 8 nəfərlik; 1 ədəd yataq örtüsü (krem rəngdə); 1 çamadan yeni (çay dəsmalı, dəsmal, qətfələr, məhraba); qutuda (qətfə məhraba) yeni; 15 ədəd yeni yataq dəsti; çəhrayı rəngdə qətfə, məhraba dəsti; göy rəngdə masa örtüsü 1 ədəd; 2 ədəd ağ rəngdə (ipək masa örtüsü); 1 ədəd krem rəngdə masa örtüsü; 1 ədəd karabkda masa dəsti; çəhrayı rəngdə masa örtüsü, 2 ədəd dekor meyvə qabı; dekor kubok formasında gül qabı; aş qazanı -1 ədəd; tiyən 1 ədəd; ağrəngli skatert 8 nəfərlik salfetkalı; Bakal 6 ədəd konyak üçün (böyük); Geyim əşyaları - saç qaynağı; şuba; bot qara rəngli; yaşıl rəngli kofta; yubka qara rəngli; klaç (əl sumkası); boz rəngli don; tünd çəhrayı rəngli qolu qısa (idman) dəsti; qara rəngli qolu qüpürlü don; qara qolu qısa qabağı bəzəkli rəngli kofta; tünd qöy rəngli şalvar; ağ rəngli,bəzəkli,üstündə “TUNOD” yazılmış kofta; yaşıl rəngli kofta; ağ rəngli güllü yay donu; boz rəngli kofta; qara rəngli jilet; gümüşü rəngli uzun jaket; ayaqqabı üstü güllü kabluku nəzik; idman paltarı; idman paltarı qara rəngli ağ ləpəli; qızılı rəngli basanoşka; ayaqqabı kabluklu qara rəngli; qəhvəyi rəngli uzun jilet; çəhrayı rəngli kofta; çəhrayı rəngli yun kofta; ağ rəngli bəzəkli kimano kofta; qara rəngli yubka; sarı rəngli kofta (kimano); yay donu ağ- yaşıl rəngli; qəhvəyi rəngli plaş (tiqrovıy vorotnik); qara sumka; ayaqqabı qara rəngli qabağı açıq; qara rəngli ayaqqabı qabağı güpür; yun yubka qara rəngli; qara rəngli kurtka; yaşıl kofta; yubka qara rəngli; ev ayaqqabısı (çəkələt); mobil telefonu; boynu xəzli qödəkcə; qara gümüşü cizqili kostyum yubka; qara qolu qüpürlü kofta; ağ rəngli dara cimciməli kofta; vodalazka; əlcək qara rəngli dəridən; çəhrayı rəngli don (firma malı); dəst qöy rəngli firma paltarı; zara firmasından qırmızı güllü qara şifondan don; qara rəngli ağ cizgili kofta; parçadan qara qırmızı güllü və qaşlı plaş; ayaqqabı hündür kabluklu qara rəngli; gümüşü rəngli uzun qollu kofta; ağ rəngli idman paltarı (dəst); qolu hörməli qara rəngli don; qolu qısa boz rəngli kostyum şalvar; ağ rəngli qöy zolaqlı yay kostyumu; qırmızı rəngli uzun jilet; qara uzun kofta Koton firmasından; Çəhrayı rəngli yun kofta; kofta sarı rəngli; ayaqqabı üstü güllü kabluku nəzik; qara rəngli kofta-mayka; uzunboğaz qara rəngli zamuj materialdan; zontik; göy rəngli iri şal; əlcək qəhvəyi rəngli dəridən əlcək; yubka zolaqlı; kofta moryaçka; qara idman paltarı; qırmızı rəngli idman paltarı; dəridən kurtka; zolaqlı idman kostyumu; qırmızı toy donu; klaç (əl sumkası) qaşlı; klaç; boz rəngli; klaç qırmızı rəngli; yaşıl çanta çanta qara rəng lakdan; ağ rəngli saroçka; ayaqqabı üstü güllü kabluku nəzik; ayaqqabı üstü güllü kabloku nəzik; qara dəridən ayaqqab; çəhrayı rəngli ayaqqabı; şüşə-sabo; qara-qəhvəyi rəngli ayaqqabı; qara krassovka; ağ səndəl; zərli səndəl; gümüşü rəngli ayaqqabı /qaşlı/; sabo qırmızı rəngli; palto qara qaşlı; ətir Dəsti işlənməmiş Today; Şarf “Dantel” qaşlı çəhrayi rəngdə; dublyonka (Palto); jilet (qara koja uzun); jilet (boynu xəzli papaqlı koja ); yun (sport geyim); güllü çanta (narıncı rəngdə); 6 dəst təzə ev şəpiti; trapes (şalvar); boz şalvar; don (göy rəngdə); ziyafət donu ( qızılı rəngdə ); qırmızı jaket; qara qolu valanlı; chanel (tunik kofta); tunik qolu güllü don; tunik zərri kofta; tunik göy yun kofta koja jilet uzun; dəri gödək jilet; nabuk uzun boğaz çəkmə qara rəngdə; lak qara çəkmə qara rəngdə; sport ayaqabı; göy plaş; ağ saroçka göy xətli; boz rəngli anqorkadan yun kofta; boz zərli kofta ətəyi valanlı; göy anqorka yun kofta üzərində mirvari; cəhrayi rəngli hamam dəsti; trapes qara rəngli şalvar; xəz (dovşan dərisi/jilet); uzun üstü yazılı qara jilet; dublyonka (snequroçka); ev xalatı villur bənövşəyi rəngli üstü güllü; krem rəngli yundan idman paltarı; sabo qaşlı; ağ rəngli səndəl; qara uzun yun kofta qolları dəri; yay donu kimano qarışıq güllü; yaşıl-ağ güllü ziyafət donu (uzun); ağ cimciməli kətandan kofta; yun şarf krem rəngli; yun şarf qəhvəyi rəngli; 2 ədəd qeyinilməmiş corablar; pomada dəsti işlənməmiş qutuda; qara mayka təzə; bənövşəyi rənqdə sinəsi güllü kofta; qöy rəngli qolu qödək vodalazka; qutuda geyinilməmiş 12 ədəd alt paltarları; suni güllər; giriş qapısında olan 24 metr pərdə (ağ tüldən) əşyalarının cavabdehdən alınıb ona verilməsi, cavabdehlə birlikdə yaşadıqları müddətdə alınan məişət əşyaları - qonaq evi üçün mebel dəsti; fərdi kompyuter; yaşıl pərdə dekor; 2 ədəd tək nəfərlik çarpayı; şkaf - Embavooddan; mətbəx mebeli; massa və oturacaqlar; yataq otağının pərdəsi; qonaq otağının dekor pərdəsi; zibil qabı; 8 nəfərlik qabaq stol və oturacaq stulları; 6 nəfərlik stol və oturacaq; mətbəx mebeli; 6 nəfərlik qabaq stolu və oturacaqları; divan kreslo dəsti boz rəngdə; divan kreslo üstü boz rəngdə; divan kreslo dəsti 4 predmet ağ güllü rəngdə; künc divan; 1 ədəd ikinəfərlik çarpayı və 2 ədəd tumboçka; jurnal stolu 1 ədəd; xalça ağ güllü rəngli mətbəxdə; 3 ədəd yataq otağı üçün xalçalar; 2 ədəd dekor pərdə Gəncə 2-ci mərtəbə foyedə; yataq otağın pərdəsi; qonaq otağının pərdəsi Xırdalana aid; mətbəxin pərdəsi Xırdalana aid; mətbəxin Jalyuzi Xırdlana aid; soyuducu Xırdalana aid; mikrodalğa “Boş” firmasına aid Xırdalana aid; X10 firması Xırdalandakı evə aid; paltaryuyan maşın Vestel firmasına aid; çilçıraq 3 ədəd Xırdalana aid (280 m, 170 m,140m); çilçıraq 6 şamlı 2 ədəd hər biri 300 manat; güzgü dəsti; telefon altı qız fiquru formasında; 2 ədəd İran xalçası Zal otağa salınıb; 1 ədəd merenos xalça 3*5 m Gəncədədəki evdə; 1 ədəd xalı 4*6 m 1-ci mərtəbədə zalda Gəncə; 1 ədəd 3*4 m qırmızı rəngli xalça Gəncə evində; 1 ədəd 2*4 m krem rəngli bəzəkli 2-ci mərtəbədə Gəncə; 3 hissədən ibarət 39m dorojka- xalça; paltar asmağa şpilka yeni evdə; qorka şkaf; kuşetka iş çarpayı iş üçün avadanlıq; şüşədən etajerka iş üçün avadanlıq; brassaj iş üçün aparat; divan kreslo juralni; qab yuyan məhlə evində quraşdırılmış; hamam mebeli Xırdalandaki evdə; hamam mebeli Gəncədəki evdə; prixoji mebel Gəncədəki evdə; karniz 27 metr; 12 ədəd sadə bakal ayağı qara; televizor 2 ədəd plazma, televizor 1 ədəd LG, Tv altı şüşədən, 1 ədəd xrustaldan tort qabı, divara vurulan tablo-şəkil 2 ədəd hər biri 170 manat, şəkil-tablo 1 ədəd; şəkil tablo 1 ədəd; qonaq otağının pərdəsi (Gəncə); video aparatı; DVD; Soyuducu(Gəncə); Tefal; banka 1 litrlik – 30 ədəd, yarımlitrlik -30 ədəd; 3 litrlik 50 ədəd; qab yuyan maşın; ətçəkən maşın; mikser; hündür küncə qoyulmaq üçün güldan – 2 ədəd; Flips markalı tozsoran göy rəngli; 2 ədəd dekor pərdə yaşıl rəngli birinci mərtəbə (Gəncə); 12 ədəd şüşə bakal; həmçinin cavabdehlə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi, ünvan 2 ünvanda yerləşən mənzil, eləcə də Şevrolet Kruz markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlaklar kimi bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2000 -ci ildə faktiki olaraq evlənmiş, toyla cavabdehin Goranboy rayonunda yerləşən atası evinə gəlin köçmüşdür. Cavabdehlə birgə yaşayışlarından 19 yaşında Orxan adlı oğlu, 17 yaşında Fidan adlı qızı var. Rusiyada maneəsiz yaşayıb işləmələrini asanlaşdırmaq naminə nikahlarını yalnız 01 fevral 2005-ci il tarixdə, yəni iki uşaqları doğulandan sonra rəsmiləşdirmişlər. Son zamanlar aralarında ziddiyyətlər yarandığından birgə yaşamaq mümkün olmamış, Kəpəz rayon məhkəməsinin 10.09.2020-ci il tarixli qətnaməsi ilə nikahları ləğv edilmişdir, uşaqlardan qızı onunla qalmış, cavabdehin ona qarşı şər-böhtanı və öyrətməsi əsasında oğlunu ondan etmişdir. Birgə yaşayış dövründə onlar ünvan 3ənzil ünvanda cavabdehin adına bir ev almış, ünvan 4 ünvanda ("xxxx MMC-yə məxsusdur) isə onun adına 35A №-li iki otaqlı 80 kvm sahəli mənzil almışlar. Həmçinin müxtəlif dövrlərdə onların avtomaşınları olmuş, ayrılanda isə Şevrolet Kruz markalı ** KG *** dövlət nömrə nişanlı avtomobilləri olmuşdur. Maşın indi də cavabdehin istifadəsindədir, özü və ya oğlu maşını idarə edirlər. Cavabdeh maşındakı payından onu məhrum etmək məqsədi ilə maşını öz adından çıxartmışdır. Gəncə şəhərindəki evin alınma tarixi 03.02.2004-cü ildir (müqavilə № 4Ə-1-99), yəni rəsmi nikahlarından 1 il əvvəldir, elə həmin vaxtdan da onun atası və qardaşlarının sayəsində həmin evdə rekonstruksiya və tikinti işləri aparılmışdır. 2006-cı ilin yayından Rusiyadan qayıtdıqdan sonra həmin evdə yaşamağa başlamışlar. Onlar yaşayış üçün yararsız olan bu evi əlavə tikililərlə zənginləşdirib, normal yaşayış evinə çevirmişlər. Bakı şəhərindəki mənzil əldə etmək tarixinə gəlincə, həmin tarix 2014-cü ildir. Cavabdehlə birlikdə yaşadıqları müddətdə aldıqları Gəncə şəhərində Feyzulla Mirzə küçəsində yerləşən evi onun cehizi və birgə aldıqları əşyalarla bəzəmişlər. Eləcə də birgə aldıqları onun adına olan mənzili də aldıqları əşyalarla bəzəmişlər. Son zamanlar cavabdeh ona xəyanət etməyini uydurub onu şantaj edərək, mülkiyyətindən məhrum etmək həvəsinə düşüb. Açıq ona deyirki nəyimiz var keçirək oğlanlarının adına, onu evləndirdikdən sonra özü Moskva şəhərinə köçəcək. O da çöldə qalacaq. Əgər o buna razı olmasa ona qarşı şər böhtanlarını davam edəcəkdir, habelə onu ölümlə hədələyir. Son zamanlar o, kosmetoloq və permanent ustası kimi Bakı şəhərindədə işləmişdir. Cavabdeh onun başını Gəncədə qatdığı zaman Bakıya qedib, orada yerləşən mənzilin qapısının açarını dəyişib onun qızı ilə çöldə qoyub və hazırda onlar kirayədə yaşamağa məcbur olublar. Cavabdeh onun qızıl-ziynət əşyalarını, paltalarlarını vermir, əmlaklarına təkbaşına sahib durmaq üçün iyrənc hərəkətlər edərək şər böhtanlarını davam edir. Daha sonra İddiaçı məhkəməyə iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək, iddia tələbində göstərdiyi birgə nikah dövründə əldə edilmiş avtomaşının bölünməsinə dair hissədə iddia tələbinə baxılmasını istəmədiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, izahatında bildirdi ki, iddia ərizəsində göstərilən Gəncə şəhərində yerləşən ev birgə nikah dövründə alınmamışdır. Bu səbəbdən iddiaçının həmin evdə payı yoxdur. Abşeron rayonunda olan mənzil isə xüsusi mülkiyyətdə deyildir. Geyim və cehiz əşyalarının isə onun etiraz ərizəsində və icra məmurunun siyahıya aldığı hissəsi ondadır. Qızıl-zinət əşyaları isə onda deyil və cavabdeh evdən gedərkən özü ilə aparmışdır. Odur ki, iddianın etiraf olunan hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan sənədlərlə, tərəflərin izahatları və fotoşəkillərlə müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh 2000-ci ildə faktiki nikah münasibətlərinə girərək ailə qurmuşlar, nikahlarını isə 01.02.2015-ci ildə rəsmiləşdirmişlər. Birgə yaşayışlarından 2 övladları anadan olmuşdur. Ailə quran vaxt iddiaçıya qızıl-zinət əşyaları və cehiz əşyaları hədiyyə olunmuşdur. Həmçinin iddiaçı sonradan özünə qızıl-zinət əşyaları və ev əşyaları almışdır. Tərəflər arasında olan ailə münasibətləri baş tutmadığından Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. İddiaçı iddia edir ki, toy zamanı və bundan sonra ona qızıl-zinət əşyaları hədiyyə olunmuş, gəlin köçərkən özü ilə valideynləri tərəfindən hədiyyə olunmuş cehiz əşyaları aparmış, eyni zaman birgə nikah dövründə qızıl-zinət və ev əşyaları alınmışdır. Münasibətləri pozulduqdan sonra ona məxsus qızıl-zinət əşyaları, geyim əşyaları və cehiz əşyaları cavabdehdə qalmışdır. Cavabdehdən əmlaklarını tələb etsə də, cavabdeh ona məxsus əmlakları qaytarmaqdan imtina etmişdir. İddiaçı həmçinin birgə nikah dövründə əldə etdikləri daşınar və daşınmaz əmlakların bölünməsini tələb etmişdir. Cavabdeh isə məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia ərizəsi ilə razı deyil, həmin iddianı qismən qəbul edir. Belə ki, iddiaçının iddia ərizəsində göstərdiyi əmlak əşyaların çox bir hissəsi ümumiyyətlə olmamışdır, bir neçə əmlak siyahıda 2-3 dəfə təkrar göstərilir, əmlakların mövcud olmasını heç nə ilə sübut etmir, mütəxəssis tərəfindən qiymətləndirmələr olmamışdır, qiymətlər özü tərəfindən qoyularaq çoxusu şişirdilmişdir. Həmin qızıl-zinət əşyalarını İddiaçı həmişə özü saxlamış və həmişə özünün istifadəsində olmuşdur. İddiaçı ilə aralarında narazılıq olduqdan sonra, iddiaçı evdən çıxıb gedərkən həmin qızıl-zinət əşyalarının hamısını özü ilə aparmışdır, bu barədə və evdən pulun itməsi barədə o həmin vaxtı polisə şikayət etmişdir. Cehiz əşyaları: İddiaçı ərizəsində göstərdikləri 133 adda cehiz əşyalarınının çoxusu yoxdur, həqiqətə uyğun deyil, yalan yazılıbdır, o, gəlin gələndə cəmi 4 adda əşya gətirmişdir: 1. pianino, stol, 6 ədəd stul, şkaf, trilyaj, iki nəfərlik krovat, iki ədəd tumbacka, iki nəfərlik döşək, 1 ədəd Gəncə xalçası (1,5x2 m), 2 ədəd balınc, iki nəfərlik örtük, 1 ədəd yorğan, 1 pərdə, 1 ədəd lüstr, özünə məxsus paltar ayaqqabı və əşyalar: İddiaçı ərizəsində göstərdikləri 141 adda özünə məxsus olan paltar, ayaqqabı və əşyalarının çoxusu yoxdur, yazdıqları həqiqətə uyğun deyil, yalan yazılıbdır, o, evdən gedərkən hamısını aparıb, ona aid olan evdə qalan əşyalar aşağıdakılardır: 1 ədəd şuba, 1 ədəd kofta, 1 ədəd ayaqqabı, 4 ədəd basanoşka, 3 ədəd kofta-jaket, 3 ədəd corab, 1 ədəd qol saatı. Birlikdə yaşadıqları müddətdə alınan məişət əşyaları: İddiaçı ərizəsində göstərdikləri 74 adda birlikdə yaşadıqları müddətdə alınan məişət əşyaları ilə də bağlı yazdıqları həqiqətə uyğun deyil, evdə olan əşyalar aşağıdakılardır: Gəncə şəhərindəki evdə - birnəfərlik krovat -2 ədəd, şkaf Embavood -1 ədəd, döşək-2 ədəd, yorğan-4 ədəd, balınc -ədəd, krovat örtüyü -3 ədəd, divar şəkili 4 ədəd, gül qabı yekə - ədəd, ütü stolu- 1 ədəd, pərdə 5 aynalıq, divan kreslo - 2 komplekt, divan kreslo örtüyü - 1 komplekt, servant - 1 ədəd, trilyaj - 1 ədəd, jurnalnı stol - 1 ədəd, karniz -7 ədəd, lüstr-4 ədəd, künc kuxna stolu - 1 komplekt, mətbəx mebeli - 1 ədəd, mətbəx lüstru - 1 ədəd, qab yuyan - 1 ədəd, paltar yuyan - 1 ədəd, qaz plitası - 1 ədəd, soyuducu - 1 ədəd, bıçaq dəsti - 1 komplekt, boşqab dəsti - 24 ədəd, çaydan-çaynik - 1 komplekt, stəkan -nəlbəki - 2 komplekt, qazan dəsti - 1 komplekt, meyvə qabı -2 ədəd, konfet qabı - 2 ədəd, nikel podnos - 2 ədəd, divar saatı - 4 ədəd, tava - 1 ədəd, mikro dalğalı soba - 1 ədəd, rumka - 6 ədəd, bakal - 6 ədəd, saxsı qazan dəsti - 1 komplekt, xalça - 2 ədəd (sarı, göy, qırmızı), yekə meyvə qabı - 2 ədəd, bakal qara bəzəkli - 6 ədəd, tikiş maşının korobkası -1 ədəd, ayaqqabı polkası - 1 ədəd, prixojı mebel - 1 ədəd, heyvan fıquraları - 6 ədəd, çay dəsmalı - 6 ədəd, məhraba - 6 ədəd, evin dam örtüyündə qab-qaşıqlar (nə var bilmir). Bakı (Xırdalan) şəhərindəki evdə - mətbəx mebeli - 1 komplekt, kuxna ştoru - 1 ədəd, suşilka - 1 ədəd, künc divan - 1 ədəd, jurnalnı stol - 1 ədəd, bar formasında şkaf- 1 ədəd, gəvə (1.5x2m)- 1 ədəd, qazan-boşqab dəsti - 1 komplekt, ikinəfərlik krovat - 1 ədəd, tumbocka - 2 ədəd, paltar yuyan - 1 ədəd, soyuducu - 1 ədəd, qaz plitası - 1 ədəd, qaz balonu- 1 ədəd, soba- 1 ədəd, stol - 1 ədəd, stul - 6 ədəd, lüstr -3 ədəd. 30 avqust 2020-ci il tarixdə Xırdalan şəhərində yerləşən evdən, iddiaçı Vəfa Bəxşəliyeva onun Gəncə şəhərində olarkən qızını imtahana aparmasından istifadə edərək 1000 manat dəyərində salon üçün alınan təzə instrumentları və evdə olan xrustal qabları və digər evdə olan əşyaları qardaşı Rəşadla birlikdə evdən çıxarmışdır. İddiaçı ərizəsində göstərdikləri evlərlə bağlı bildirir ki, Gəncə şəhəri, Feyzulla Mirzə küçəsi, ev 4/6 ünvanda yerləşən ev 2004-cü ildə atası tərəfindən ona pay alınıb, yəni iddiaçı ilə nikahdan əvvəl alınıb, digər Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Hüseynzadə küçəsi 1 ünvanda yerləşən evi birgə nikah dövründə “xxxx” MMC-dən 35000 manata müqavilə ilə almışlar, 25000 manat təmirinə vəsait xərclənib, lakin həmin evin halhazırda çıxarışı yoxdur. Onların nikah dövründə aldıqları Şevrolet Kruz markalı ** EG *** dövlət nişanlı avtomobili olmuş və həmin maşını boşanmadan əvvəl 7000 manata satıb, ailəsinə xərcləmiş-oğlunun təhsil haqqını ödəmişdir, borclarını qaytarmışdır, evə ərzaq almışdır. Beləliklə, İddiaçı qızıl zinət əşyalarını və öz pal-paltarlarını o, evdən gedərkən özü ilə aparmışdır. Hətta ona toy zamanı aldıqları nişan üzüyünü də özü ilə aparmışdır. Çehiz əşyalarından nə gətirmişdir evdədir. İddiaçı ərizəsində göstərdikləri yalandır, ona şər, böhtan atır, onun məqsədi yalnız ondan qisas almaq, onun hesabına varlanmaqdır. Məhkəmə ilk öncə iddianın birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlaklara dair hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, iş materiallarında olan ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, ünvan 5 ünvanda yerləşən yaşayış sahəsi 03.02.2004-cü il tarixdə 4Ə-1-99 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satılmış və 04.02.2004-cü il tarixdə onun adına rəsmiləşdirilərək 17857 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Göründüyü kimi, iddia ərizəsində qeyd edilən ünvan 6 ünvanında yerləşən daşınmaz əmlak 04.02.2004-cü il tarixdə Cavabdeh adına rəsmiləşdirilərək alınmışdır. Tərəflər arasında rəsmi nikah isə 01 fevral 2005-ci il tarixdə bağlanmışdır. Belə olan halda həmin daşınmaz əmlak birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilmədiyindən, həmin əmlakda iddiaçının payı müəyyən edilə bilməz. Bundan başqa iddiaçı ünvan 7 ünvanında yerləşən daşınmaz əmlakın da birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünməsini istəsə də, məhkəmə hesab edir ki, həmin daşınmaz əmlak dövlət qeydiyyatından keçmədiyinə, beləliklə də əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış) olmadığına görə, həmin əmlakda payın müəyyən olunması mümkün deyil. İddia tələbinin geyim və digər şəxsi əşyalara dair hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh səs yazısını əks etdirən bir ədəd disk təqdim etmişdir. Həmin diskdə olan iki fayldan ibarət səs yazısı məhkəmə iclasında tədqiq edilmişdir. Həmin səs yazılarında cavabdeh iddiaçıya məxsus geyim əşyalarının bir hissəsini yandırdığını demişdir. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, iddiaçının həqiqətən də iddia tələbində göstərdiyi geyim əşyaları və şəxsi əşyaları olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin həqiqi halları və foto şəkillərlə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının həqiqətən də iddia tələbində göstərdiyi geyim və şəxsi əşyaları olmuş, evdən gedərkən onları özü ilə aparmış olması inandırıcı görünmür. Odur ki, məhkəmə iddiaçının iddia ərizəsində göstərdiyi özünə məxsus geyim, ayaqqabı və digər şəxsi əşyalarının cavabdehdən alınıb iddiaçıya verilməsini əsaslı hesab edir. Məhkəmə iddia tələbinin cehiz əşyalarına və birgə nikah dövründə əldə edilmiş məişət əşyalarına dair hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli 2(043)-650/2021 saylı qərardadına əsasən İddiaçı iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizəsi təmin edilərək, ünvan 8 ünvanında yerləşən əmlakların (iddia ərizəsində göstərilən əmlakların) üzərinə həbs qoyulmuşdur. Göstərilən qərardadın icrası ilə bağlı verilmiş icra sənədi icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İş materiallarında olan Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5, X7, borclu Cavabdeh oğu, tələbkar İddiaçı, hal şahidləri X8 və X3 iştirakları ilə tərtib edilmiş 21.05.2021ci il tarixli aktın surətindən görünür ki, onlar Gəncə şəhəri Kəpəz rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-650/2021 saylı 27.04.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar əmlakların yerləşdiyi ünvan 8 ünvanına gəlmişlər. İcra yerində olarkən adları sadalan əşyalardan - yataq mebeli, divan-kreslo, jurnalstolu, pionino, 1 ədəd ağ və qəhvəyi rəngli iki nəfərlik döşək, 2 ədəd tək nəfərlik döşək, 2 ədəd yorğan, 8 ədəd balınc, jurnal masası üstü şüşə, 2 ədəd şirəli vedrə, 2 ədəd şirəli ləyən, tort boşqabları, piti qazanı yaşıl rəngli, 6 ədəd şay qaşıqları qutuda, 2 ədəd gecə lampası, 1 ədəd balıq fiqurlu gecə lampası, 2 ədəd xrustal balaca gül qabı, şirəli qazan dəsti, sarı rəngli şirəli qazan, kompot qabı 6 bakalla 2 dəst, çay dəsmalları, 12 ədəd xörək qaşığı, 12 ədəd çay qaşığı, 12 ədəd çəngəl, bıçaq naboru, çömçə, tort qaşıqları, madonna yemək servizi 6 nəfərlik, Nikkeldən 2 ədəddən ibarət padnos dəsti, 4 ədəd döşəkçə divan üstü, ədviyyat üçün fiqur qab, tərəzi, 2 ədəd xrustal şamdan, 6 ədəd farfor limon qabı, 12 ədəd salat üçün kasa, 12 ədəd ağ zərli salat kasası, 1 ədəd qaşlı farfor meyvə səbəti, 2 ədəd kobalt meyvə qabı, 1 ədəd farfor çörək qabı, 2 ədəd göy kobalt göy peçenya qabı, 1 ədəd tort qabı, 24 nəfərlik qırmızı və kofe rəngli boşqab dəsti, 2 ədəd tort lopatkası, 6 ədəd aş üçün böyük qaşıqlar, 6 ədəd bozartma qaşığı, 2 ədəd kəfkir nikeldən, 6 ədəd çömçə, Gəncə xalçası, 1 ədəd yataq örtüsü krem rəngdə, göy rəngdə masa örtüsü, çəhrayı rəngdə masa örtüsü, 1 ədəd aş qazanı, qonaq evi üçün mebel dəsti, yaşıl pərdə dekor, 2 ədəd tək nəfərlik çarpayı, şkaf embawooddan, mətbəli mebeli, yataq otağının pərdəsi, oturacaq stolları,6 nəfərlik stol və oturacaq, divan kreslo üstü boz rəngdə, divankreslo dəsti 4 predmet ağ-güllü rəngdə, künc divanı, 1 ədəd iki nəfəlik çarpayı, 2 ədəd tumboçka, 2 ədəd dekor pərdə 2-ci mərtəbə foyedə, X10 firması, mətbəxin jalüzü, soyuducu, vestel paltaryuyan maşın, 3 ədəd çilçıraq Xırdalana aid, çilçıraq 6 şamlı 2 ədəd, telefon altı qız fiquru formasında, 3 hissədən ibarət darojk, qorka şkaf, hamam mebeli, karniz, prixoji mebel, qabyuyan, televizor LG, tv altı, soyuducu, mikser, hündür künvə qoyulmaq üçün güldan, Philips markalı tozsoran göy rəngdə, 2 ədəd dekor pərdə yaşıl rəngli, birinci mərtəbədə olan) başqa, digər bütün əşyaların üzərinə həbs qoyulmuş və saxlanc üçün borclu Cavabdeh Cinayət Məcəlləsinin 303-cü maddəsinin tələbləri izah olunmaqla təhvil verilmiş, digər şəxslərə həmin əşyaların özgəninkiləşdirilməsi, dağıdılması, sındırılmasına dair hər hansı hərəkətlərin edilməsi qadağan edilmişdir. Bundan başqa cavabdeh etiraz ərizəsində, eləcə də məhkəmə iclasında verdiyi izahatında cehiz əşyalarının və birgə nikah dövründə əldə edilmiş məişət əşyalarının bir hissəsinin onun yaşadığı evdə qaldığını etiraf etmişdir ki, həmin əşyalar – pianino, stol, 6 ədəd stul, şkaf, trilyaj, iki nəfərlik krovat, iki ədəd tumbacka, iki nəfərlik döşək, 1 ədəd Gəncə xalçası (1,5x2 m), 2 ədəd balınc, iki nəfərlik örtük, 1 ədəd yorğan, 1 pərdə, 1 ədəd lüstr, özünə məxsus paltar ayaqqabı və əşyalar: İddiaçı ərizəsində göstərdikləri 141 adda özünə məxsus olan paltar, ayaqqabı və əşyalarının çoxusu yoxdur, yazdıqları həqiqətə uyğun deyil, yalan yazılıbdır, o, evdən gedərkən hamısını aparıb, ona aid olan evdə qalan əşyalar aşağıdakılardır: 1 ədəd şuba, 1 ədəd kofta, 1 ədəd ayaqqabı, 4 ədəd basanoşka, 3 ədəd kofta-jaket, 3 ədəd corab, 1 ədəd qol saatı. Birlikdə yaşadıqları müddətdə alınan məişət əşyaları: İddiaçı ərizəsində göstərdikləri 74 adda birlikdə yaşadıqları müddətdə alınan məişət əşyaları ilə də bağlı yazdıqları həqiqətə uyğun deyil, evdə olan əşyalar aşağıdakılardır: Gəncə şəhərindəki evdə - birnəfərlik krovat -2 ədəd, şkaf Embavood -1 ədəd, döşək-2 ədəd, yorğan-4 ədəd, balınc -ədəd, krovat örtüyü -3 ədəd, divar şəkili 4 ədəd, gül qabı yekə - ədəd, ütü stolu- 1 ədəd, pərdə 5 aynalıq, divan kreslo - 2 komplekt, divan kreslo örtüyü - 1 komplekt, servant - 1 ədəd, trilyaj - 1 ədəd, jurnalnı stol - 1 ədəd, karniz -7 ədəd, lüstr-4 ədəd, künc kuxna stolu - 1 komplekt, mətbəx mebeli - 1 ədəd, mətbəx lüstru - 1 ədəd, qab yuyan - 1 ədəd, paltar yuyan - 1 ədəd, qaz plitası - 1 ədəd, soyuducu - 1 ədəd, bıçaq dəsti - 1 komplekt, boşqab dəsti - 24 ədəd, çaydan-çaynik - 1 komplekt, stəkan -nəlbəki - 2 komplekt, qazan dəsti - 1 komplekt, meyvə qabı -2 ədəd, konfet qabı - 2 ədəd, nikel podnos - 2 ədəd, divar saatı - 4 ədəd, tava - 1 ədəd, mikro dalğalı soba - 1 ədəd, rumka - 6 ədəd, bakal - 6 ədəd, saxsı qazan dəsti - 1 komplekt, xalça - 2 ədəd (sarı, göy, qırmızı), yekə meyvə qabı - 2 ədəd, bakal qara bəzəkli - 6 ədəd, tikiş maşının korobkası -1 ədəd, ayaqqabı polkası - 1 ədəd, prixojı mebel - 1 ədəd, heyvan fıquraları - 6 ədəd, çay dəsmalı - 6 ədəd, məhraba - 6 ədəd; Bakı (Xırdalan) şəhərindəki evdə - mətbəx mebeli - 1 komplekt, kuxna ştoru - 1 ədəd, suşilka - 1 ədəd, künc divan - 1 ədəd, jurnalnı stol - 1 ədəd, bar formasında şkaf- 1 ədəd, gəvə (1.5x2m)- 1 ədəd, qazan-boşqab dəsti - 1 komplekt, ikinəfərlik krovat - 1 ədəd, tumbocka - 2 ədəd, paltar yuyan - 1 ədəd, soyuducu - 1 ədəd, qaz plitası - 1 ədəd, qaz balonu- 1 ədəd, soba- 1 ədəd, stol - 1 ədəd, stul - 6 ədəd, lüstr -3 ədəd əmlaklardan ibarətdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi cehiz əmlaklarından və birgə nikah dövründə əldə edilmiş məişət əşayalarının yalnız bir qismi, yəni icra məmurları tərəfindən tərtib edilmiş aktda göstərilən üzərinə həbs qoyulmuş əşyalar və cavabdehin etiraz ərizəsində və əlavə olaraq məhkəmə iclasında qeyd etdiyi əşyalar onda qalmışdır. Belə ki, İddiaçı iddiasının əsası kimi istinad etdiyi göstərilən cehiz əmlaklarının ona məxsus olması və ona gəlin köçərkən hədiyyə şəklində verilməsi, lakin həmin əşyaların yalnız bir qisminin cavabdehdə olması məhkəmə iclasında iddiaçının izahatı, cavabdehin qismən etirafedici ifadəsi, iddianın təmin etmə tədbirinin görülməsi ilə bağlı qərardadın icrası ilə əlaqədar tərtib edilmiş akt və məhkəməyə sübut kimi təqdim edilmiş digər sənədlərlə sübut olunduğundan, həmin hissədə iddia tələbi qismən əsaslıdır. Buna görə də iddianın cehiz əmlakların cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair hissəsi qismən təmin edilərək, yalnız iddianın təmin etmə tədbirinin görülməsi ilə bağlı qərardadın icrası ilə üzərinə həbs qoyulmuş cehiz əşyaları və cavabdehin etiraf etdiyi hissədə göstərilən cehiz əşyaları cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci və Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, yuxarıda göstərilən cehiz əmlakları nikaha daxil olanadək iddiaçıya məxsus olduğundan, habelə ona hədiyyə şəklində verildiyindən, həmin cehiz əmlakları yalnız iddiaçının əmlakıdır. Buna görə də iddiaçı göstərilən əmlakların mülkiyyətçisi olduğundan həmin əmlakları tələb etməkdə haqlıdır. Eyni zamanda birgə nikah dövründə əldə edilmiş məişət əşyalarında iddiaçının payının müəyyən edilməsi hissəsində də iddia qismən təmin edilərək, yalnız iddianın təmin etmə tədbirinin görülməsi ilə bağlı qərardadın icrası ilə üzərinə həbs qoyulmuş əşyalar və cavabdehin etiraf ərizəsində və məhkəmə iclasında izahatında göstərdiyi əşyalar birgə nikah müddətində əldə edildiyindən, həm də bu əşyalar ailə büdcəsindən maliyyələşdirilməklə, dəyəri ödənilərək əvəzli surətdə əldə edildiyindən, göstərilən əşayalar tərəflərin birgə ümumi mülkiyyətidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməklə, iddianın təmin etmə tədbirinin görülməsi ilə bağlı qərardadın icrası ilə üzərinə həbs qoyulmuş və cavabdehin etirafında göstərilən birgə nikah dövründə əldə edilmiş əşyalarda tərəflərin hər birinin ½ hissədə payı müəyyən edilməlidir. Məhkəmə, iddia tələbinin qızıl-zinət əşyaları ilə bağlı hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıya iddia ərizəsində göstərilən qızıl-zinət əşyaları hədiyyə olunmuş, eyni zamanda iddiaçı evləndikdən sonra da özünə qızılzinət əşyaları almışdır. Cavabdeh isə həmin qızıl-zinət əşyalarını iddiaçının həmişə özünün saxladığını və həmişə özünün istifadəsində olduğunu, iddiaçı ilə aralarında narazılıq olduqdan sonra, iddiaçı evdən çıxıb gedərkən həmin qızıl-zinət əşyalarının hamısını özü ilə apardığını bildirmişdir. İddiaçı isə əksinə evdən gedərkən qızıl-zinət əşyalarını aparmadığını bildirmiş və məhkəmə iclasına bununla bağlı iki nəfər şahid dəvət etmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, anası İddiaçı Gəncə şəhərində yaşadıqları evdən 13 iyul 2020-ci il tarixdə çıxıb getmişdir. Həmin vaxtdan bir həftə vaxt keçdikdən sonra, təxminən iyul ayının 20-də atası Cavabdeh ondan qızılların yerində olub-olmadığını soruşmuş və o, qızılların olduğu qabı atasının yanında açaraq ona qızılların yerində olduğunu göstərmişdir. Atası qızılların bir-ikisini əlinə götürərək hamısının yerində olduğunu müəyyən etdikdən sonra o qızıl qabının ağzını bağlamış və yerinə qoymuşdur. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, o, iddiaçı və cavabdehlə qonşu olmuşdur. Onlarla çox yaxşı münasibətləri olmuşdur. 13 iyul 2020-ci il tarixdə Vəfa ona zəng edərək gəlib onu aparmasını istəmişdir. O Vəfagilə gəldikdə evdə yalnız Vəfa və qızı Fidan var idi. O Vəfadan nə baş verdiyini soruşmuş, Vəfa isə cavabında Anar ilə dalaşdığını demişdir. Həmin vaxt Vəfanın əlində bir dənə balaca çantası var idi. O Vəfadan qızıllarını götürüb götürməməsini soruşduqda, Vəfa qızıllarını götürmədiyini, bəlkə barışdıqlarını və geri qayıdabiləcəyini demişdir. O isə hər ehtimala qarşı Vəfaya qızıllarını götürməsini dedikdə isə, Vəfa bundan imtina etmiş və qızıllarını götürmədən evdən onunla birlikdə çıxıb anasıgilə getmişdir. Bundan başqa, cavabdeh tərəf iddia tələbində göstərilən qızıl-zinət əşyalarının dəyərini mübahisələndirdiyinə görə iddiaçı tərəf bu barədə mütəxəssis rəyi alaraq məhkəməyə təqdim etmişdir. Belə ki, qızıl-zinət əşyalarının dəyəri ilə 21.05.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, brilliant qaşlı üzük-sırğa dəsti (750 prob) - 1500 manat, brilliant qaşlı (mirvarili) üzük-sırğa dəsti (750 prob) – 1000 manat, ay ulduz formalı, brilliant qaşlı saat – 1500 manat, badam formalı klon – 200 manat, raket formalı boyunbağı (15 qram)- 900 manat, onluq klon – 1050 manat, kəhraba (yantar) qaşlı üzük – 350 manat, yarpaq formalı klon – 110 manat, göz muncuğu formalı klon - 60 manat, qolbağı (10 qramlıq) – 600 manat, Yoluçnu sep (30 qramlıq) – 1800 manat, sapfir qaşlı üzük – 150 manat, şir bürc klonu – 110 manat, raket formalı qolbağı – 360 manat, brilliant qaşlı üzük - 300 manat, qol saatı- 35 manat, brilliant qaşlı, kəpənək formalı nişan üzüyü (7 qram) – 450 manat, 5 brilliant qaşlı üzük – 500 manat olmaqla, cəmi 10975 manat dəyərində manat təşkil edir. Göründüyü kimi, qızıl-zinət əşyalarının iddia ərizəsində göstərilən dəyəri ilə həmin əşyaların mütəxəssis rəyində göstərilən dəyərləri arasında uyğunsuzluq var. Ona görə də, məhkəmə hesab edir ki, mütəxəssis rəyində dəyəri daha aşağı olan qızıl-zinət əşyalarının dəyəri mütəxəssis rəyindəki qiymətlər, digər qızıl-zinət əşyalarının dəyəri isə iddia ərizəsində olan qiymətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Lakin, məhkəmə iddianın qızıl-zinət əşyalarından - yarpaq formalı klon, göz muncuğu formalı klon və şir bürc klonun cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, işin tərəflər arasında mübahisələndirilməyən halından görünür ki, həmin qızılzinət əşyaları iddiaçıya deyil, onun qızı Fidan İbrahimovaya məxsus olmuşdur. Ona görə də həmin qızıl-zinət əşyalarını cavabdehdən mülkiyyətçi kimi yalnız Fidan İbrahimova tələb edə bilər. Bu səbəbdən həmin qızıl-zinət əşyalarını iddiaçının tələb etməyə subyektiv hüququ olmadığından iddia həmin hissədə təmin edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qızıl-zinət əşyaları hissəsində qismən təmin edilərək, cavabdehdən 750 əyyarlı brilliant qaşlı üzük-sırğa dəsti (1500 manat), 750 əyyarlı brilliant qaşlı (mirvarili) üzük-sırğa dəsti (1000 manat), ay ulduz formalı, brilliant qaşlı saat (1500 manat), badam formalı klon (200 manat), 15 qramlıq raket formalı boyunbağı (800 manat), onluq klon (1000 manat), kəhraba (yantar) qaşlı üzük (250 manat), 10 qramlıq qolbağı (600 manat), 30 qramlıq Yoluçnu sep (1800 manat), sapfir qaşlı üzük (150 manat), raket formalı qolbağı (360 manat), brilliant qaşlı üzük (300 manat), qol saatı (35 manat) brilliant qaşlı, 7 qramlıq kəpənək formalı nişan üzüyü (450 manat), 5 brilliant qaşlı üzük (500 manat), həmin qızıl-zinət əşyaları olmadığı təqdirdə isə onların dəyəri alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 10 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1500 manat dəyərində 750 əyyarlı brilliant qaşlı üzük-sırğa dəsti, 1000 manat dəyərində 750 əyyarlı brilliant qaşlı (mirvarili) üzük-sırğa dəsti, 1500 manat dəyərində ay ulduz formalı, brilliant qaşlı saat, 200 manat dəyərində badam formalı klon, 800 manat dəyərində 15 qramlıq raket formalı boyunbağı, 1000 manat dəyərində onluq klon, 250 manat dəyərində kəhraba (yantar) qaşlı üzük, 600 manat dəyərində 10 qramlıq qolbağı, 1800 manat dəyərində 30 qramlıq yoluçnu sep, 150 manat dəyərində sapfir qaşlı üzük, 360 manat dəyərində raket formalı qolbağı, 300 manat dəyərində brilliant qaşlı üzük, brilliant qaşlı, 35 manat dəyərində qol saatı, 450 manat dəyərində 7 qramlıq kəpənək formalı nişan üzüyü, 500 manat dəyərində 5 brilliant qaşlı üzük olmaqla cəmi 10445 manat dəyərində qızıl-zinət əşyaları, həmin qızıl-zinət əşyaları olmadığı təqdirdə isə onların dəyəri; cehiz əşyaları kimi yataq mebeli; divan-kreslo və jurnal massası; pianino; 1 ədəd ağ və qəhvəyi rəngli ikinəfərlik döşək; 2 ədəd tək nəfərlik döşək hər biri 80 manat; 2 ədəd yorğan biri 50 manat; 8 ədəd balınc; jurnal massası - üstü şüşə; 2 ədəd aşsüzən; 2 ədəd şirəli vedrə; 2 ədəd şirəli ləyən; tort boşqabları 4 qutu (küllülər,rəngli), piti qazanı yaşıl rəngli; 6 ədəd çay qaşıqları qutuda; 2 ədəd gecə lampası; 1 ədəd balığ fiqurlu gecə lampası; 2 ədəd balaca xrustal gül qabı; şirəli qazan dəsti (ağ rəngli çiyələk bəzəkli); sarı rəngli şirəli qazan; kompot qabı 6 bakalla - 2 dəst; çay dəsmalları; 1 ədəd stol süfrəsi 12 ədəd xörək qaşığı; 12 ədəd çay qaşığı; 12 ədəd çəngəl; bıçaq naboru; çömçə; tort qaşıqları; 2 ədəd göy rəngli konfet qabı; 2 ədəd böyük həcmli göy rəngli bakal; madonna yemək servizi 6 nəfərlik; Tefal çaynik; Tefal şüşədən çaynik; 8 dəst 6 nəfərlik qaşıq, çəngəl, bıçaq və çay qaşığı; Nikeldən 2 ədəddən ibarət podnos dəsti ; 4 ədəd döşəkçə divan üstü; ədviyyat üçün fiqur qab; tərəzi; yataq dəsti (atlas); masa örtüsü (8 nəfərlik); şamdam dəsti; yaşıl rəngli lepkdan 6 nəfərlik morojna qabları; 6 ədəd yaşıl rəngli lepkdan füjer; 2 ədəd yaşıl rəngli lepkdan konfet qabı; 2 ədəd yaşıl rəngli lepkdan meyvə qabı; 6 ədəd yaşıl rəngli lepkdan mürəbbə qabı; yaşıl rəngli lepkdan Liker qabı və 6 stopkası; 1 ədəd yaşıl rəngli lepkdan gül qabı; 1 ədəd yaşıl rəngli lepkdan gül qabı balaca həcmdə; 1 ədəd göy lepka kanfet qabı; 2 ədəd Tom xrustal meyvə qabı; 1 ədəd Tom meyvə vazı gül formasında; Tom külqabı 1 ədəd; 12 ədəd şüşə bakal; 2 ədəd kobat salfet qabı; 6 balalı ləpə qabı göy rəngdə; 6 ədəd xrustal rumka; 2 ədəd xrustal şamdan; 6 ədəd farvor limon qabı; 12 ədəd salat üçün kəsa; 12 ədəd ağ zərli salat kəsası; 6 nəfərlik boşqab dəsti (18 nəfərlik); 6 ədəd ləpə qabı farvordan; 1 ədəd qaşlı farvor meyvə səbəti; 6 ədəd şampan bakalı (zərli); 2 ədəd Kobat meyvə qabı; 1 ədəd farvor çörək qabı; 1 ədəd üçkünc boşqab latun bəzəkli; 2 ədəd göy kobat pecenya qabı; 1 ədəd tort qabı; 2 ədəd gümüşdən duz və istiot qabı; tort bıçaq və lopatka lepkalı; 24 nəfərlik qırmızı və kofe rəngli boşqab dəsti - 72 ədəd; 2 ədəd tort lopatkası; 6 ədəd aş üçün böyük qaşıqlar; 6 ədəd bozartma qaşığı böyük həcmli; 2 ədəd kəfkir nikeldən; 6 ədəd çömçə; 1,2 Gəncə xalçası; ağ qırmızı güllü gəvə; 1 ədəd masa örtüsü 8 nəfərlik; tül masa örtüsü 1 ədəd 8 nəfərlik; 1 ədəd yataq örtüsü (krem rəngdə); 1 çamadan yeni (çay dəsmalı, dəsmal, qətfələr, məhraba); çəhrayı rəngdə qətfə, məhraba dəsti; göy rəngdə masa örtüsü 1 ədəd; 2 ədəd ağ rəngdə (ipək masa örtüsü); 1 ədəd krem rəngdə masa örtüsü; 1 ədəd karabkda masa dəsti; çəhrayı rəngdə masa örtüsü, dekor kubok formasında gül qabı; aş qazanı 1 ədəd; tiyən 1 ədəd; şəxsi əşyalar kimi - saç qaynağı; şuba; bot qara rəngli; yaşıl rəngli kofta; yubka qara rəngli; klaç (əl sumkası); boz rəngli don; tünd çəhrayı rəngli qolu qısa (idman) dəsti; qara rəngli qolu qüpürlü don; qara qolu qısa qabağı bəzəkli rəngli kofta; tünd qöy rəngli şalvar; ağ rəngli,bəzəkli,üstündə “TUNOD” yazılmış kofta; yaşıl rəngli kofta; ağ rəngli güllü yay donu; boz rəngli kofta; qara rəngli jilet; gümüşü rəngli uzun jaket; ayaqqabı üstü güllü kabluku nəzik; idman paltarı; idman paltarı qara rəngli ağ ləpəli; qızılı rəngli basanoşka; ayaqqabı kabluklu qara rəngli; qəhvəyi rəngli uzun jilet; çəhrayı rəngli kofta; çəhrayı rəngli yun kofta; ağ rəngli bəzəkli kimano kofta; qara rəngli yubka; sarı rəngli kofta (kimano); yay donu ağ- yaşıl rəngli; qəhvəyi rəngli plaş (tiqrovıy vorotnik); qara sumka; ayaqqabı qara rəngli qabağı açıq; qara rəngli ayaqqabı qabağı güpür; yun yubka qara rəngli; qara rəngli kurtka; yaşıl kofta; yubka qara rəngli; ev ayaqqabısı (çəkələt); mobil telefonu; boynu xəzli qödəkcə; qara gümüşü cizqili kostyum yubka; qara qolu qüpürlü kofta; ağ rəngli dara cimciməli kofta; vodalazka; əlcək qara rəngli dəridən; çəhrayı rəngli don (firma malı); dəst qöy rəngli firma paltarı; zara firmasından qırmızı güllü qara şifondan don; qara rəngli ağ cizgili kofta; parçadan qara qırmızı güllü və qaşlı plaş; ayaqqabı hündür kabluklu qara rəngli; gümüşü rəngli uzun qollu kofta; ağ rəngli idman paltarı (dəst); qolu hörməli qara rəngli don; qolu qısa boz rəngli kostyum şalvar; ağ rəngli qöy zolaqlı yay kostyumu; qırmızı rəngli uzun jilet; qara uzun kofta Koton firmasından; Çəhrayı rəngli yun kofta; kofta sarı rəngli; ayaqqabı üstü güllü kabluku nəzik; qara rəngli kofta-mayka; uzunboğaz qara rəngli zamuj materialdan; zontik; göy rəngli iri şal; əlcək qəhvəyi rəngli dəridən əlcək; yubka zolaqlı; kofta moryaçka; qara idman paltarı; qırmızı rəngli idman paltarı; dəridən kurtka; zolaqlı idman kostyumu; qırmızı toy donu; klaç (əl sumkası) qaşlı; klaç; boz rəngli; klaç qırmızı rəngli; yaşıl çanta çanta qara rəng lakdan; ağ rəngli saroçka; ayaqqabı üstü güllü kabluku nəzik; ayaqqabı üstü güllü kabloku nəzik; qara dəridən ayaqqab; çəhrayı rəngli ayaqqabı; şüşə-sabo; qara-qəhvəyi rəngli ayaqqabı; qara krassovka; ağ səndəl; zərli səndəl; gümüşü rəngli ayaqqabı /qaşlı/; sabo qırmızı rəngli; palto qara qaşlı; ətir Dəsti işlənməmiş Today; Şarf “Dantel” qaşlı çəhrayi rəngdə; dublyonka (Palto); jilet (qara koja uzun); jilet (boynu xəzli papaqlı koja ); yun (sport geyim); güllü çanta (narıncı rəngdə); 6 dəst təzə ev şəpiti; trapes (şalvar); boz şalvar; don (göy rəngdə); ziyafət donu ( qızılı rəngdə ); qırmızı jaket; qara qolu valanlı; chanel (tunik kofta); tunik qolu güllü don; tunik zərri kofta; tunik göy yun kofta koja jilet uzun; dəri gödək jilet; nabuk uzun boğaz çəkmə qara rəngdə; lak qara çəkmə qara rəngdə; sport ayaqabı; göy plaş; ağ saroçka göy xətli; boz rəngli anqorkadan yun kofta; boz zərli kofta ətəyi valanlı; göy anqorka yun kofta üzərində mirvari; cəhrayi rəngli hamam dəsti; trapes qara rəngli şalvar; xəz (dovşan dərisi/jilet); uzun üstü yazılı qara jilet; dublyonka (snequroçka); ev xalatı villur bənövşəyi rəngli üstü güllü; krem rəngli yundan idman paltarı; sabo qaşlı; ağ rəngli səndəl; qara uzun yun kofta qolları dəri; yay donu kimano qarışıq güllü; yaşıl-ağ güllü ziyafət donu (uzun); ağ cimciməli kətandan kofta; yun şarf krem rəngli; yun şarf qəhvəyi rəngli; 2 ədəd qeyinilməmiş corablar; pomada dəsti işlənməmiş qutuda; qara mayka təzə; bənövşəyi rənqdə sinəsi güllü kofta; qöy rəngli qolu qödək vodalazka; qutuda geyinilməmiş 12 ədəd alt paltarları; suni güllər; giriş qapısında olan 24 metr pərdə (ağ tüldən) alınaraq İddiaçı verilsin. Tərəflərin birgə nikah dövründə əldə edilmiş məişət əşyaları - qonaq evi üçün mebel dəsti; fərdi kompyuter; yaşıl pərdə dekor; 2 ədəd tək nəfərlik çarpayı; şkaf-Embavooddan; mətbəx mebeli; massa və oturacaqlar; yataq otağının pərdəsi; qonaq otağının dekor pərdəsi; zibil qabı; 8 nəfərlik qabaq stol və oturacaq stulları; 6 nəfərlik stol və oturacaq; mətbəx mebeli; 6 nəfərlik qabaq stolu və oturacaqları; divan kreslo dəsti boz rəngdə; divan kreslo üstü boz rəngdə; divan kreslo dəsti 4 predmet ağ güllü rəngdə; künc divan; 1 ədəd ikinəfərlik çarpayı və 2 ədəd tumboçka; jurnal stolu 1 ədəd; xalça ağ güllü rəngli mətbəxdə; 2 ədəd dekor pərdə Gəncə 2-ci mərtəbə foyedə; yataq otağın pərdəsi; qonaq otağının pərdəsi Xırdalana aid; mətbəxin pərdəsi Xırdalana aid; mətbəxin Jalyuzi Xırdlana aid; soyuducu Xırdalana aid; mikrodalğa “Boş” firmasına aid Xırdalana aid; X10 firması Xırdalandakı evə aid; paltaryuyan maşın Vestel firmasına aid; çilçıraq 3 ədəd Xırdalana aid (280 m, 170 m,140m); çilçıraq 6 şamlı 2 ədəd hər biri 300 manat; güzgü dəsti; telefon altı qız fiquru formasında; 2 ədəd İran xalçası Zal otağa salınıb; 1 ədəd merenos xalça 3*5 m Gəncədədəki evdə; 1 ədəd xalı 4*6 m 1-ci mərtəbədə zalda Gəncə; 1 ədəd 3*4 m qırmızı rəngli xalça Gəncə evində; 1 ədəd 2*4 m krem rəngli bəzəkli 2-ci mərtəbədə Gəncə; 3 hissədən ibarət 39m dorojka- xalça; paltar asmağa şpilka yeni evdə; qorka şkaf; kuşetka iş çarpayı iş üçün avadanlıq; şüşədən etajerka iş üçün avadanlıq; brassaj iş üçün aparat; divan kreslo juralni; qab yuyan məhlə evində quraşdırılmış; hamam mebeli Xırdalandaki evdə; hamam mebeli Gəncədəki evdə; prixoji mebel Gəncədəki evdə; karniz 27 metr; televizor 1 ədəd LG, Tv altı şüşədən, divara vurulan tablo-şəkil 2 ədəd hər biri 170 manat, şəkil-tablo 1 ədəd; şəkil tablo 1 ədəd; qonaq otağının pərdəsi (Gəncə); video aparatı; DVD; Soyuducu(Gəncə); banka 1 litrlik – 30 ədəd, yarımlitrlik -30 ədəd; 3 litrlik 50 ədəd; qab yuyan maşın; ətçəkən maşın; mikser; hündür küncə qoyulmaq üçün güldan 2 ədəd; Flips markalı tozsoran göy rəngli; 2 ədəd dekor pərdə yaşıl rəngli birinci mərtəbə (Gəncə) - üzərində İddiaçı və Cavabdeh hər birinin ½ hissədə payı müəyyən edilsin. Cavabdeh 10 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-650/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-650/2021
03.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver