Məhkəmə qərarları › İş №2(043)-673/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-673/2021

22.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-673/2021 22.01.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı “cavabdehə məxsus cehiz əşyalarının mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan əşyaların 1 ədəd yataq dəsti, 1 ədəd spalni kravat (2 tumbuckası ilə birlikdə), 2 ədəd naçnik, 1 ədəd sünnəli tumbuçka, 1 ədəd 1 tumbalı termo, 1 ədəd divan, 1 ədəd 12 şamlıq lüstura (çılçıraq), 1 ədəd şvaner (karderob), 1 ədəd ütü stolu, 1 ədəd ütü, 1 ədəd toz soran, 1 ədəd 3 gözlü meyvə qabı, 3 ədəd ayna pərdəsi (tülü, atlası, pərdəsi), 3 ədəd gəvə 2-si balaca 1 ədədi yumuru, 1 ədəd televizor Ə1C 107 ekran, 1 ədəd uşaq kravatı, 1 ədəd kəpənəkli divar saatı onun mənzilindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, cavabdehə məxsus əşyalar iddiaçıya məxsus Gəncə şəhəri, Nizami rayonu, Füzuli küçəsi 2-ci döngə, 9 saylı evdədir və iddiaçı özünə məxsus evdən cavabdehə məxsus əşyaların çıxarılmasını xahiş edir. Bununla da müəyyən olunur ki, iddiaçıya məxsus ev Gəncə şəhəri Kəpəz rayonu ərazisinin hüdudları xaricində olmaqla, Gəncə şəhəri, Nizami rayonu ərazisindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1.-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Hesab edirəm ki, qeyd edilən iddia tələbi qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması haqqında olduğundan, iddia ərizəsi tikintinin və torpaq sahəsinin olduğu yerin məhkəməsinə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-ci maddəsinə əsasən iddia ərizəsi əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi MPM-nin 152.1.3-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldım: İddiaçı Cavabdeh qarşı “cavabdehə məxsus cehiz əşyalarının mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunur ki, qeyd edilən iddia tələbi ilə bağlı mənzilin olduğu yerin məhkəməsinə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar