Məhkəmə qərarları › İş №2(043)-750/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-750/2021

28.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-750/2021 28.01.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qeyri qanuni inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Gəncə şəhəri, Səbuhi Xasıyev küçəsi, 41A ünvanda qeyri qanuni inşa edilmiş tikilinin cavabdehin öz hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının inşa etdiyi qeyri qanuni tikili onların mətbəxinin qarşısında inşa olunmaqla mülkiyyət hüquqlarını pozur. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərkən müəyyən olundu ki, iddia ərizəsi aidiyyət qaydaları pozulmaqla Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə verilmişdir. . Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçıların mübahisələndirdikləri mənzil Gəncə şəhəri, Nizami rayonu ərazisində yerləşdiyi halda iddia ərizəsi aidiyyət qaydaları pozulmaqla Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əmlakın yerləşdiyi yer Gəncə şəhəri, Nizami rayonu olduğu üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. MPM-in 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. MPM-in 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qeyri qanuni inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalı, iddiaçılara ərazi aidiyyəti üzrə ümumi qaydada Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və MPM-in 39, 45, 263-264-cü maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qeyri qanuni inşa edilmiş tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar