Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-856/2021 05.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq müəyyən e t d i: Ərizəçi məhkəməyə müraciət edərək Kirovabad şəhər VVAQ bürosundan verilmiş Abbas Məmmədovun ölümü haqqında İİ-ИЕ 282859 saylı şəhadətnamənin xx xxxx 1968-ci il tarixdə vəfat etmiş babası X1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, işə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 265 saylı Fərmanının 2.4-cü bəndinə əsasən həmin Məcəllənin 307.2.4-cü, 307.2.5-ci, 307.2.8-ci, 315.2-ci, 339.1-ci, 341-ci və 445.0.5-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5ci maddəsində nəzərdə tutulmuş hüquqi əhəmiyyətli faktlar sırasından Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən verilən sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi istisna olunmuşdur. Ölüm haqqında şəhadətnamə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən verildiyindən həmin sənədin şəxsə məxsus olması barədə hüquqi fakt məhkəmə qaydasında müəyyən edilə bilməz. Ərizəçi ölüm akt qeydlərindəki yanlışlığın aradan qaldırılması üçün ilk növbədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbəsinə müraciət etməli, düzəliş edilməsindən imtina olunduqda və hüquq barəsində mübahisə olmadıqda Mülki Prosessual Məcəllənin 339, 340-cı maddələrinin tələblərinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: Ərizəçi ərizəsinin qəbul edilməsindən imtina olunsun. Ərizəçiyə vətəndaşlıq vəziyyəti aktlarındakı qeydə düzəliş edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbəsinə müraciət etməli olduğu izah edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-856/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-856/2021
05.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver