Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-907/2021 04.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ İ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri 7 saylı Notariat Konturu, ƏMDKY-da DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi və Cavabdeh3 qarşı «20 may 2002-ci il tarixli, 2V-1-43 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və hüquqların dövlət qeydiyyatı çıxarışın etibarsız hesab edilməsi, miras əmlak üzərində vərəsəlik hüququnun tanınması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Gəncə şəhəri 7 saylı Notariat Konturu, ƏMDKY-da DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi və Cavabdeh3 qarşı «20 may 2002-ci il tarixli, 2V-1-43 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və hüquqların dövlət qeydiyyatı çıxarışın etibarsız hesab edilməsi, miras əmlak üzərində vərəsəlik hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə məhkəmədə baxılarkən İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılması xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə ki, cavabdehlər məhkəmə iclasına gəlmədiyindən, onların razılığını almaq mümkün olmadığı kimi, iddiaçının iradəsi iddia ərizəsinin qaytarılması istiqamətində olduğundan, məhkəmə hesab edir ki, buna zərurət də mövcud deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Gəncə şəhəri 7 saylı Notariat Konturu, ƏMDKY-da DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi və Cavabdeh3 qarşı «20 may 2002-ci il tarixli, 2V-1-43 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin və hüquqların dövlət qeydiyyatı çıxarışın etibarsız hesab edilməsi, miras əmlak üzərində vərəsəlik hüququnun tanınması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-907/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-907/2021
04.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver