Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1017/2021 10.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, X2 katibliyiilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m üə y y ə n e t d i : İddiaçı QSC Cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçı “Ассеssbank” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 006R********** saylı kredit razılaşması üzrə 6063.38 manat kredit borcu, 7134.13 manat faiz borcu və 11029.7 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 24227 (iyirmi dörd min iki yüz iyirmi yeddi) manat 21 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumu və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus Gəncə şəhəri Nizami rayonu Şahsevənlər küçəsi 0.0356 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 91 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 24227 (iyirmi dörd min iki yüz iyirmi yeddi) manat 21 qəpik borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 münat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Gəncə şəhəri Nizami rayonu Şahsevənlər küçəsi 0.0356 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 91 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və X1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı QSC-nin etibarnamə üzrə nümayəndəsi məhkəməyə ərizə təqdim edərək mülki işin baxılmamış saxlanılmasını, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını da xahiş etməmişlər. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPMnin 259.0.6-cı maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, ərizə baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi” tələbinə dir iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-1017/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1017/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver