Məhkəmə qərarları › İş №2(044)-1044/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1044/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1044/2021 20.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı «borcun tutulması,səhmlərin alınması və texnikanın saz vəziyyətdə geri qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı «borcun tutulması,səhmlərin alınması və texnikanın saz vəziyyətdə geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,“xxxx” ASC-nə məxsus ərazidən qanunsuz istifadə etdiyinə görə 13301 manat, torpaq vergisi üzrə “xxxx” ASC tərəfindən ödənilən 11.570 manat və 4100 manat cəmiyyətə qalan borcu pulun cavabdehdən alınması, cavabdehin adına olan 5460 ədəd səhmlərin alınıb, cəmiyyətə təhvil verilməsi,cəmiyyətə məxsus olan 25 tonluq avtokranın saz vəziyyətdə, cavabdehdən alınıb cəmiyyətə qaytarılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 20.04.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh qeydiyyat yeri Gəncə şəhəri, Kəpəz rayonu, N.Vəliyev küçəsi 2-ci döngə,ev 32 ünvanında yerləşir və həmin ünvan Gəncə şəhəri, Kəpəz rayonunun inzibati ərazi vahidinə aiddir. Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh, ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə öz icraatına götürdüyü işi baxılmaq üçün başqa məhkəməyə verir. Məhkəmə hesab edir ki, mülki iş baxılması üçün cavabdehin yaşayış yeri üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 35.1, 44.2.2 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı «borcun tutulması,səhmlərin alınması və texnikanın saz vəziyyətdə geri qaytarılması» tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar