Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1070/2021 06.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16.08.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********73009 olan “iPhone X” markalı telefon üçün 1766 manat əsas borc, 565 manat dəbbə, 04.02.2019-cu il tarixli müqaviləyə əsasən “Modem TP-LİNK” üçün 48 manat əsas borc, 14 manat dəbbə pulu, cəmi 2393 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq «xxxx» MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 16.08.2018-ci il tarixli və 04.02.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ kodu **********73009 olan “iPhone X” markalı telefon və “Modem TP-LİNK” almış və nəticədə 2393 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmişdir. Cavabdehin ödədiyi məbləğ cəmi 2142 manat təşkil edir. Cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 04.02.2019-cü il tarixli 00499030 saylı müqavilənin surətindən görünür ki, «xxxx» MMC tərəfindən Cavabdeh “Modem TP-LİNK” TD – W8961N satılmışdır. 16.08.2018-ci il tarixli 00253897 saylı müqavilənin surətindən görünür ki, «xxxx» MMC tərəfindən Cavabdeh İMEİ kodu **********73009 olan “iPhone X” markalı telefon satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 16.08.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********73009 olan “iPhone X” markalı telefon üçün 1766 manat əsas borc, 5 manat dəbbə, 04.02.2019-cu il tarixli müqaviləyə əsasən “Modem TP-LİNK” üçün 48 manat əsas borc, 5 manat dəbbə pulu, cəmi 1824 (min səkkiz yüz iyirmi dörd) manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq «xxxx» MMC-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 16.08.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********73009 olan “iPhone X” markalı telefon üçün 1766 manat əsas borc, 5 manat dəbbə, 04.02.2019-cu il tarixli müqaviləyə əsasən “Modem TP-LİNK” üçün 48 manat əsas borc, 5 manat dəbbə pulu, cəmi 1824 (min səkkiz yüz iyirmi dörd) manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq «xxxx» MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1070/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1070/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver