Məhkəmə qərarları › İş №2(044)-115/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-115/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-115/2021 18.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Qəbul edilmiş qətnamə hüquq və maraqlarına toxunan şəxs ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Nürəddin qızına qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tahirov X2 Tofik Nəbi oğluna və Cavabdeh1 Nürəddin qızına qarşı «alqı-satqı əqdinin bağlanmış hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 arasında 25.6 kvm bir yaşayış otağı, 41.8 kvm köməkçi sahəsi sahə olan “A” literli yaşayış binasından, 18,9 kvm olan B literli əl damından və sənəd üzrə 600,0 kvm olan torpaq sahəsindən ibarət Gəncə şəhəri, Əli Nəzmi küçəsi 80 saylı mülkə dair alqı-satqı əqdinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Əli Nəzmi küçəsi 80 saylı mülk Cavabdeh2 adına rəsmi dövlət reyestrindən keçməklə qeydə alınmış, lakin mülkün yerləşdiyi həyatyanı torpaq sahəsində 25.6 kvm bir yaşayış otağı, 41.8 kvm köməkçi sahəsi sahə olan “A” literli yaşayış binası, 18,9 kvm olan B literli əl damı və sənəd üzrə 600,0 kvm olan torpaq sahəsi mövcüddür. Təxminən 2003-cü il tarixdə o, Gəncə şəhəri, Əli Nəzmi küçəsi 80 saylı mülkü 30000 ABŞ dolları qarşılığında satın almış, lakin evin sənədləri ona verilməmişdir. Odur ki, həyata keçirilmiş alqı-satqı müqaviləsini rəsmiləşdirə bilməmişdir. İddiaçı məhkəməyə idia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək məhkəmədən Gəncə şəhəri, Əli Nəzmi küçəsində 0,0142 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 25,6 kv.metr yaşayış, 41,8 kv. metr köməkçi sahədən ibarət 80 nömrəli fərdi yaşayış evinə dair alqı-satqı əqdinin bağlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH ******* saylı xx.xx.2007-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri, Əli Nəzmi küçəsi 80 saylı mülk mülkiyyət hüququ əsasında X7 məxsusdur; xx xxxx 2011-ci il tarixli etibarnamənin təsdiq olunmuş surətindən görünür ki, Tağıyeva X4 Tofik Nəbi oğlunun adından Gəncə şəhəri, Əli Nəzmi küçəsi 80 saylı mülkə dair İddiaçı etibarnamə verilmişdir; 64 nömrəli evlər üçlüyü tərəfindən verilmiş görünür ki, İddiaçı 2004-cü il tarixdən Gəncə şəhəri, Əli Nəzmi küçəsi 80 saylı mülkdə yaşayır; Gəncə şəhəri 2-ci Dövlət Notariusuna ünvanlanmış ərizdənə görünür ki, X5 əri X7 məxsus olan Gəncə şəhəri Ə.Nəzmi küçəsi 80 saylı evin satılmasına razılıq vermişdir; “Azəriqaz”SMART KART xidmətinin ödəniş qəbzlərindən görünür ki, iddiaçı həmin mülkə dair qaz sərfiyyatı ilə bağlı ödənişlər etmişdir; Gəncə Telekomunikasiya İdarəsinin qəbzindən görünür ki, Gəncə şəhəri Ə.Nəzmi küçəsi 80 saylı evdə olan telefon nömrəsi üzrə abonent İddiaçıdur;Gəncə şəhər Nizami Bələdiyyəsinin xx xxxx 2011-ci il tarixli vergilərin ödənilməsinə dair mədaxil qəbzindən görünür ki, İddiaçı Gəncə şəhəri Ə.Nəzmi küçəsi 80 saylı evlə bağlı torpaq vergisi ödəmişdir;Gəncə su kanal TSC tərəfindən verilmiş hesab fakturadan görünür ki, Gəncə şəhəri Ə.Nəzmi küçəsi 80 saylı evlə bağlı su pulu ödənişləri İddiaçı tərəfinən həyata keçirilmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinin nümayəndəsi X3 iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iddiaçının və ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, həqiqətən də mübahisəli daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı tərəflər arasında əqdi özündə ehtiva edən etibarnamə verilmiş və həmin tarixdən etibarən iddiaçı mübahisəli evdə yaşamaqla həmin evə sahiblənmişdir. Evin alqı-satqısına dair etibarnamə 2011-ci ildə verilsə də, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, evin alqı-satqısı ilə bağlı tərəflər arasında alqı-satqı müqaviləsi ilə razılıq 2003-cü ildə yaranmışdır. Belə ki, xx.xx.2019-cu il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Həsənzadə Ceyhun Vaqif oğlu ifadəsində göstərmişdir ki, İddiaçı 2003-cü ildəndir ünvan 2 ünvanda yaşayır. 2003-cü ildə Tahir həmin evə köçərkən evin hüquq müəyyənedici sənədləri hazır olmadığından alqı-satqı müqaviləsinin bağlanılması mümkün olmamışdır. xx.xx.2019-cu il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, İddiaçı 2003-cü ildəndir ünvan 2 ünvanda yaşayır. 2003-cü ildə Tahir həmin evə köçərkən evin hüquq müəyyənedici sənədləri hazır olmadığından alqı-satqı müqaviləsinin bağlanılması mümkün olmamışdır. xx.xx.2019-cu il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, İddiaçı 2003-cü ildəndir ünvan 2 ünvanda yaşayır. 2003-cü ildə Tahir həmin evə köçərkən evin hüquq müəyyənedici sənədləri hazır olmadığından alqı-satqı müqaviləsinin bağlanılması mümkün olmamışdır. Mülki Məcəllənin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsi müəyyən edirdi ki, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2006-cı il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 335.2-ci maddəsinin tələbinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, Mülki Məcəllənin 647.1-ci maddəsi daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, Mülki Məcəllənin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Baxılan iş üzrə daşınmaz əmlak olan mübahisəli fərdi yaşayış evinin alqı-satqısı barədə yazılı müqavilənin olmadığı işin mübahisəsiz halı olsa da, daşınmaz əmlakla bağlı müəyyən hərəkətlərin həyata keçirilməsinə dair verilmiş etibarnamə həmin əmlakın alqısatqısı barədə yazılı müqaviləyə bərabər tutula bilər. Çünki iş materiallarında olan etibarnamə həmin dövrun qanunvericilyinə əsasən alqı-satqı müqaviləsinin mühüm şərtlərini (tərəflərin alqı-satqı barədə iradəsini, yazılı formada olmasını və.s ) özündə əks etdirir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq uzərində huquqlar (muddəti on bir aydan az olan icarə və istifadə huquqları istisna olmaqla) qanunvericiliklə muəyyən edilmiş qaydada daşınmaz əmlakın dovlət reyestrində dovlət qeydiyyatına alınır və həmin reyestrdən cıxarışla rəsmiləşdirilir. Həmin Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq uzərində huquqların dovlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dovlət reyestrində aparılır. Dovlət və bələdiyyə mulkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan huquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən huquqların dovlət qeydiyyatına alınması məcburidir. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mulkiyyət huququ və daşınmaz əmlaka digər huquqlar, bu huquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına kecməsi və xitamı dovlət qeydiyyatına alınmalıdır. Mulkiyyət huququ, istifadə huququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər huquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cu maddəsinin tələbinə gorə daşınmaz əmlaka huquqların dovlət qeydiyyatı muvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dovlət Komitəsi yanında Daşınmaz Əmlakın Dovlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə muəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dovlət reyestrində həyata kecirilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dovlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dovlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 9.11-ci bəndinə əsasən huquqların dovlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dovlət reyestrindən cıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Gəncə şəhəri, Əli Nəzmi küçəsində 0,0142 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 25,6 kv.metr yaşayış, 41,8 kv. metr köməkçi sahədən ibarət 80 nömrəli fərdi yaşayış evinə dair İddiaçı ilə Cavabdeh2 arasında bağlanılmış alqı-satqı əqdi bağlanmış hesab edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında Gəncə şəhəri, Əli Nəzmi küçəsində 0,0142 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 25,6 kv.metr yaşayış, 41,8 kv. metr köməkçi sahədən ibarət 80 nömrəli fərdi yaşayış evinə dair alqı-satqı əqdi bağlanmış hesab edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Gənçə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver