Məhkəmə qərarları › İş №2(044)-1234/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1234/2021

01.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1234/2021 01.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 Tofiq oğluna, Cavabdeh2 Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh3, Cavabdeh4 Açıq Səhmdar Cəmiyyətinə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 Tofiq oğlundan və Cavabdeh2 Siğorta Şirkətindən onun avtomaşınına dəymiş 2600 manat, digər Cavabdeh3 və “Günay” siğortadan 6372 manat pulun və bütün cavabdehlərdən əldən çıxmış fayda kimi 30 000 manat zərərin və onun tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmalıdır. Çünki İddiaçı iddia ərizəsində bir-biri ilə əlaqəli olmayan bir neçə tələbi birləşdirmişdir. Belə ki, iddiaçı müxtəlif vaxtlarda baş vermiş yol nəqliyyat hadisələri nəticəsində fərqli şəxslər tərəfindən ona dəymiş ziyanla bağlı tələblərini bir iddia ərizəsində birləşdirmişdir. Halbuki, iddiaçı hər bir cavabdehə qarşı dəymiş ziyanla bağlı ayrıca iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən iddia ərizəsində bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı cavabdehlər Cavabdeh1 Tofiq oğluna, Cavabdeh2 Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə, Cavabdeh3, Cavabdeh4 Açıq Səhmdar Cəmiyyətinə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı izah edilsin ki, ərizəsində qeyd etdiyi tələblərini müstəqil iddialarla irəli sürməklə ümumi qaydada təkrarən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar