Məhkəmə qərarları › İş №2(044)-1240/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1240/2021

03.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1240/2021 03.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, qızları X1 17 iyul 2017-ci il tarixdə Gəncə şəhərindəı ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 məhkəmə iclasında bildirdi ki, qızları X6 03.02.2017-ci il tarixdə Gəncə şəhərində doğulmuş, doğularkən inkişaf qüsurlu dünyaya gəlmiş, 17.07.2017-ci il tarixdə saat 12:00-da vəfat etmişdir. Qızları azyaşlı olduğundan və ailə olaraq uşağın körpə yaşda vəfatı onlara psixoloji təsir etmiş, bu səbəbdən də qızlarının ölümü haqqında şəhadətnamə əldə edə bilməmişlər. Onlar bu barədə aidiyyəti üzrə Maraqlı şəxsnə müraciət etmiş, lakin onlara bu barədə məhkəməyə müraciət olunması bildirilmişdir. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi2 məhkəmə iclasında Ərizəçi1 ilə eyni məzmunlu izahat verdi və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin rəisi Şəlalə Cəfərova 23.04.2021-ci il tarixdə məhkəməyə məktub göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçilərin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, o, Ərizəçi1 ilə yaxın qonşu olmaqla ailəvi dostdurlar. Ərizəçilərin 03.02.2017-ci il tarixdə X6 adlı bir uşaqları olmuşdur. Uşaq doğularkən qüsurlu olduğundan 5-6 ay yaşadıqdan sonra vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, o, Ərizəçi2 anasıdır. Günelin 03.02.2017-ci il tarixdə X6 adlı uşağı doğulmuş, uşaq doğularkən inkişaf qüsurlu, bədənin sol tərəfi inkişafdan qalmışdır. Onlar uşağın sağalması üçün Tiflisə, Bakıya müalicələrə aparmışlar, lakin uşaq cəmi 5-6 yaşadıqdan sonra vəfat etmişdir. 21.08.2017-ci il tarixdə 3 saylı uşaq poliklinikası tərəfindən verilmiş 469 saylı tibbi arayışdan görünür ki, X3 uşağı X6 03.02.2017-ci il tarixdə anadan olmuş, 11.02.2017-ci il tarixdə 3 saylı uşaq poliklinikasında tibbi qeydiyyatda olmuş, 17.07.2017-ci il tarixdə saat 12:00-da vəfat etmişdir. 08.06.2014-cü il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş nikah haqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə Ömərova (Osmanova) Günel Rəhim qızının nikahları 08 iyun 2014-cü il tarixdə bağlanmışdır. 15.02.2017-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X2 birgə nikahlarından Günelin 03.02.2017-ci il tarixdə X6 anadan olmuşdur. Samux rayonu, Poylu bələdiyyəsi tərəfindən verilmiş 09.01.2021-ci il tarixli 01 saylı arayışdan görünür ki, Ərizəçi1 qızı X6 17.07.2017-ci il tarixdə vəfat etmiş və Qarabağlı kənd qəbirstanlığında ulu babasının qəbrinin yanında dəfn edilmişdir. Gəncə şəhər Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən 07.01.2021-ci il tarixdə verilmiş 05/Q-12 saylı saylıməktubdan görünür ki, Ərizəçi1 qızı X1 ölümü faktının müəyyən olunması barədə məhkəməyə müraciət olunması bildirilmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri ilə təsdiq olundu ki, ərizəçilərin qızı 03.02.2017-ci il tarixdə anadan olmuş X6 17.07.2017-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, 03.02.2017-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X1 17.07.2017-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 03.02.2017-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X1 17.07.2017-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar