Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-128/2021 01.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Ləğvedici Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixədək əsas borc üzrə 61714.57 manat, faiz borcu üzrə 12192.05 manat, cərimə 15997.60 manat, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 7001.69 manat illik faiz borcu, cəmi 96905.91 manat və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 24 ay müddətinə 75000 manat məbləğində kredit verilmişdir. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmiş, bank tərəfindən cavabdehə müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh banka olan borcunu ödəməmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması X2 edilməsi Departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri Samir Muradzadə xx.xx.2020-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh xx.xx.2020-ci il tarixədək əsas borc üzrə 61714.57 manat, faiz borcu üzrə 12192.05 manat, cərimə 19425.72 manat, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 10446.83 manat illik faiz borcu, cəmi 103779.17 manat və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən ona 24 ay müddətinə 75000 manat məbləğində kredit verilmişdir. O, ilk vaxtlar banka ödənişlər etmiş, lakin sonradan maddi imkanı olmadığından ödənişlər edə bilməmişdir. O, ona məxsus depozitdə 10000 manat məbləğində pulunun olmasını və həmin pulun iddiaçıya olan borcu ilə əvəzlənməsini xahiş etdi. Məhkəmə tərəfindən ona müəyyən vaxt verilərsə o, banka olan borcunu hissə-hissə ödəyə bilər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2015-ci il tarixli 04/15 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC-ti tərəfindən Cavabdeh 24 ay müddətinə 75000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/2596 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabatdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli 04/15 saylı kredit müqaviləsində qeyd olunana şərtləri nəzərə alaraq Cavabdeh xx.xx.2017-ci il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı ASC-nə olan borcu 73906.63 manat məbləğində kimi müəyyən edilmişdir (əsas borc üzrə 61714.57 manat və faiz borcu üzrə 12192.06 manat). xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixə olan borcu əsas borc üzrə 61714.57 manat, faiz borcu üzrə 12192.05 manat, cərimə 15997.60 manat, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 7001.69 manat illik faiz borcu, cəmi 96905.91 manat təşkil edir. xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixə olan borcu əsas borc üzrə 61714.57 manat, faiz borcu üzrə 12192.05 manat, cərimə 19425.72 manat, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 10446.83 manat illik faiz borcu, cəmi 103779.17 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddia tələbinin Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 10446.83 manat illik faiz borcu tələbinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbinin bu hissəsinə dair sübutları məhkəməyə təqdim etmədiyindən, iddia tələbinin bu hissədə təmin olunması istisna olunur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 61714.57 (altmış bir min yeddi yüz on dörd manat əlli yeddi qəpik) manat, faiz borcu üzrə 12192.05 (on iki min yüz doxsan iki manat beş qəpik) manat, cərimə 100 (yüz) manat,cəmi 74006.62 (yetmiş dörd min altı manat əlli yeddi qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319 - a ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 61714.57 (altmış bir min yeddi yüz on dörd manat əlli yeddi qəpik) manat, faiz borcu üzrə 12192.05 (on iki min yüz doxsan iki manat beş qəpik) manat, cərimə 100 (yüz) manat, cəmi 74006.62 (yetmiş dörd min altı manat altmış iki qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319 - a ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-128/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-128/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver