Məhkəmə qərarları › İş №2(044)-1364/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1364/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1364/2021 27.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: ABC Telecom MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək sonuncudan 28.10.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********33749 olan Samsung Galaxy A20s markalı telefon üçün 396 manat ödənilməmiş hissə, 39 manat cərimə, 14.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********09883 olan Samsung Galaxy A40 markalı telefon üçün 495 manat ödənilməmiş hissə, 49 manat cərimə, 25.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********89084 olan X2 8 markalı telefon üçün 136 manat, 80 qəpik ödənilməmiş hissə, 13 manat, 20 qəpik cərimə, ümumilikdə 1129 manat borc, 30 manat dövlət rüsumu, cəmi 1159 manat cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı 28.10.2019-cu il tarixli, 14.12.2019-cu il tarixli və 25.12.2019-cu il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********33749 olan Samsung Galaxy A20s markalı telefon, İMEİ kodu **********09883 olan Samsung Galaxy A40 markalı telefon və İMEİ kodu **********89084 olan X2 8 markalı telefon almış və nəticədə 1129 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 533 manat (12 ay x 44 manat + 5 manat ilkin ödəniş) İMEİ kodu **********33749 olan Samsung Galaxy A20s markalı telefon üçün 435 manat olmaqla ondan, 396 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39 manat cərimə, 14.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 669 manat (12 ay x 45 manat + 129 manat ilkin ödəniş) İMEİ kodu **********09883 olan Samsung Galaxy A40 markalı telefon üçün 544 manat olmaqla ondan, 495 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 49 manat cərimə, 25.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 401 manat, 80 qəpik (2 ay x 139.9 manat + 130 manat ilkin ödəniş) İMEİ kodu **********89084 olan X2 8 markalı telefon üçün 150 manat olmaqla ondan, 136 manat 80 qəpik ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13 manat 20 qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 576 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - 25.12.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMCdən İMEİ kodu **********89084 olan X2 8 markalı telefon 401 manat 80 qəpiyə almışdır. - Tərəflər arasında bağlanmış 25.12.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 07.02.2020-ci il tarixdən 07.03.2020-ci il tarixədək 2 ay ərzində hər ay 135 manat 90 qəpik ödənilməsi nəzərdə tutulmuşdur. - 28.10.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMCdən İMEİ kodu **********33749 olan Samsung Galaxy A20s markalı telefonu 533 manata almışdır. - Tərəflər arasında bağlanmış 28.10.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 28.11.2019-cu il tarixdən 28.10.2020-ci il tarixədək 12 ay ərzində hər ay 44 manat ödənilməsi nəzərdə tutulmuşdur. - 14.12.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMCdən İMEİ kodu **********09883 olan Samsung Galaxy A40 markalı telefonu 669 manata almışdır. - Tərəflər arasında bağlanmış 14.12.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 27.01.2020-ci il tarixdən 27.12.2020-ci il tarixədək 12 ay ərzində hər ay 45 manat ödənilməsi nəzərdə tutulmuşdur. - 16.02.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 28.10.2019-cu il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 137 manat, ödənilməmiş məbləği 396 manat, cərimə məbləği 39 manat, ümumilikdə ödənilməmiş məbləği 435 manat, 14.12.2019-cu il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 174 manat, ödənilməmiş məbləği 495 manat, cərimə məbləği 49 manat, ümumilikdə ödənilməmiş məbləği 544 manat, 25.12.2019-cu il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 265 manat, ödənilməmiş məbləği 136 manat 80 qəpik, cərimə məbləği 13 manat 20 qəpik, ümumilikdə ödənilməmiş məbləği 150 manat olmaqla cəmi ödənilməmiş məbləği 1129 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqavilələrə əsasən ABC Telecom MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış 28.10.2019-cu il tarixli, 14.12.2019-cu il tarixli və 25.12.2019cu il tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 28.10.2019-cu il tarixli müqavilə üzrə 396 manat ödənilməmiş hissə, 39 manat cərimə, 14.12.2019-cu il tarixli müqavilə üzrə 495 manat ödənilməmiş hissə, 49 manat cərimə, 25.12.2019-cu il tarixli müqavilə üzrə 136 manat, 80 qəpik ödənilməmiş hissə, 13 manat, 20 qəpik cərimə olmaqla ümumilikdə cəmi 1129 (bir min yüz iyirmi doqquz) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq ABC X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar