Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-14/2020 26.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, İddiaçı2 MMC-nin cavabdeh İddiaçı1 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 MMC-ti cavabdehSalahova Minayə Ələkbər qızına qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 1956-cı il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı1 cəmi 2970 manat və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat, 1 manat bank xidmət haqqı tutularaq İddiaçı2 MMC-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************. H/h: AZ531BAZ********************) xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-1183/2017 saylı məhkəmə əmrinə əsasən xx xxx 1956-cı il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı1 cəmi 2970 manat və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat, 1 manat bank xidmət haqqı tutularaq İddiaçı2 MMC-nin xeyrinə ödənilməsi barədə məhkəmə əmri çıxarılmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)- 1970/2019 saylı qərardaına əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-1183/2017 saylı məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçirilməklə məhkəmə baxışına təyin olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 4451549-50 saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 1144 manat, xx.xx.2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 707 manat, xx.xx.2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 899 manat, xx.xx.2013-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 1872 və xx.xx.2013-cü iltarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 707 manat olan məişət avadanlığı əldə etmiş, cavabdehin hər beş müqavilə üzrə ilkin ödəniş etdikdən sonra kreditora 2970 manat məbləğində borcu qalmışdır. Məhkəmədən İddiaçı1 cəmi 2970 manat və və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat, 1 manat bank xidmət haqqı tutularaq İddiaçı2 MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 MMC-ti məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. İddiaçı2 MMC-nin nümayəndəsi Yaşar Ağazadə tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizədə, iddianı müdafiə etdiklərini, üzürlü səbəbdən məhkəmədə iştirak edə bilmədiklərini bildirmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı2 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edti. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2013-cü il tarixli 4451549-50 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı1 İddiaçı2 MMC-dən kredit yolu ilə 06 ay müddətinə 180 manat dəyərində məişət avadanlığı almışdır. xx.xx.2013-cü il tarixli ******* saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı1 İddiaçı2 MMC-dən kredit yolu ilə 06 ay müddətinə 110 manat dəyərində məişət avadanlığı almışdır. xx.xx.2013-cü il tarixli ******* saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı1 İddiaçı2 MMC-dən kredit yolu ilə 06 ay müddətinə 140 manat dəyərində məişət avadanlığı almışdır. xx.xx.2013-cü il tarixli ******* saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı1 İddiaçı2 MMC-dən kredit yolu ilə 06 ay müddətinə 310 manat dəyərində məişət avadanlığı almışdır. xx.xx.2013-cü il tarixli ******* saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı1 İddiaçı2 MMC-dən kredit yolu ilə 06 ay müddətinə 110 manat dəyərində məişət avadanlığı almışdır. xx.xx.2016-cı il tarixli 2356 saylı maliyyə arayışından görünür ki, İddiaçı1 xx.xx.2013-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə ödənilməmiş 940.0 manat, xx.xx.2013-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə ödənilməmiş 790.0 manat, xx.xx.2013-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə ödənilməmiş 410.0 manat, xx.xx.2013-cü il tarixli 4451549-50 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 320 manat, xx.xx.2013-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə ödənilməmiş 510 manat, cəmi 2970.00 manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 17832 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatlarında və tərəflər arasında bağlanmış müqavilələrin qeyd olunan şərtləri nəzərə alınaraq İddiaçı1 İddiaçı2 MMC-yə olan borcu xx.xx.2013-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə ödənilməmiş 510 manat, xx.xx.2013-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə ödənilməmiş 790.0 manat, xx.xx.2013-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə ödənilməmiş 940.0 manat, xx.xx.2013-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə ödənilməmiş 410.0 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Beləliklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 17832 saylı rəyi ilə müəyyən olundu ki, İddiaçı1 iddiaçıya olan borcu xx.xx.2013-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə ödənilməmiş 510 manat, xx.xx.2013-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə ödənilməmiş 790.0 manat, xx.xx.2013-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə ödənilməmiş 940.0 manat, xx.xx.2013-cü il tarixli ******* saylı kredit müqaviləsi üzrə ödənilməmiş 410.0 manat, cəmi 2650 (iki min altı yüz əlli) manat məbləğində borcu vardır. Məhkəmə hesab edir ki, iddia qismət təmin edilməli, cavabdeh İddiaçı1 2650 (iki min altı yüz əlli) manat, 20 (iyirmi) manat, 1 manat bank xidmət haqqı tutularaq İddiaçı2 MMCnin xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbinin həcmi 500 (beş yüz) manatdan yüksək olduğundan və məhkəmə əmri icraatından iddia icraatına kecdiyindən, Dövət rüsumunun ödənilməmiş 10 (on) manat hissəsi cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə xx.xx.2020-ci il tarixli 17832 saylı rəy üzrə 100 (yüz) manat məhkəmə ekspertiza xərci cavabdeh İddiaçı1tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: STREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, büdcə səviyyəsinin kodu 3, hesab № AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319-a ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı1 2650 (iki min altı yüz əlli) manat, 20 (iyirmi) manat, 1 manat bank xidmət haqqı tutularaq, İddiaçı2 MMC-nin (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: Z53İBAZ********************) hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə xx.xx.2020-ci il tarixli 17832 saylı rəy üzrə 100 (yüz) manat məhkəmə ekspertiza xərci cavabdeh İddiaçı1tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: STREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, büdcə səviyyəsinin kodu 3, hesab № AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319-a ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-14/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-14/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver