Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1418/2021 06.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: ABC Telecom MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək sonuncudan 09.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********48061 olan Samsung Galaxy A10 markalı telefon üçün 196 manat ödənilməmiş hissə, 19 manat cərimə, 25.12.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********86720 olan Samsung Galaxy A10 markalı telefon üçün 290 manat, 20 qəpik ödənilməmiş hissə, 29 manat, 80 qəpik cərimə, 21.02.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********25610 olan Xiaomi Redmi 8A markalı telefon üçün 298 manat, 20 qəpik ödənilməmiş hissə, 29 manat, 80 qəpik cərimə, ümumilikdə 863 manat borc, 30 manat dövlət rüsumu, cəmi 893 manat cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı 09.09.2019-cu il tarixli, 25.12.2019-cu il tarixli və 21.02.2020-ci il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********48061 olan Samsung Galaxy A10 markalı telefon, İMEİ kodu **********86720 olan Samsung Galaxy A10 markalı telefon və İMEİ kodu **********25610 olan Xiaomi Redmi 8A markalı telefon almış və nəticədə 863 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 09.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 340 manat (12 ay x 28 manat + 4 manat ilkin ödəniş) İMEİ kodu **********48061 olan Samsung Galaxy A10 markalı telefon üçün 215 manat olmaqla ondan, 196 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19 manat cərimə, 25.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 352 manat, 20 qəpik (12 ay x 29 manat + 4.2 manat ilkin ödəniş) İMEİ kodu **********86720 olan Samsung Galaxy A10 markalı telefon üçün 320 manat olmaqla ondan, 290 manat, 20 qəpik ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29 manat, 80 qəpik cərimə, 21.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 372 manat, 20 qəpik (12 ay x 27.1 manat + 47 manat ilkin ödəniş) İMEİ kodu **********25610 olan Xiaomi Redmi 8A markalı telefon üçün 328 manat olmaqla ondan, 298 manat 20 qəpik ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29 manat 80 qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 280 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - 21.02.2020-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMCdən İMEİ kodu **********25610 olan Xiaomi Redmi 8A markalı telefon 372 manat 20 qəpiyə almışdır. - Tərəflər arasında bağlanmış 21.02.2020-ci il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 31.03.2020-ci il tarixdən 28.02.2021-ci il tarixədək 12 ay ərzində hər ay 27 manat 10 qəpik ödənilməsi nəzərdə tutulmuşdur. - 09.09.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMCdən İMEİ kodu **********48061 olan Samsung Galaxy A10 markalı telefonu 340 manata almışdır. - Tərəflər arasında bağlanmış 09.09.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 20.10.2019-cu il tarixdən 20.09.2020-ci il tarixədək 12 ay ərzində hər ay 28 manat ödənilməsi nəzərdə tutulmuşdur. - 25.12.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMCdən İMEİ kodu **********09883 olan Samsung Galaxy A40 markalı telefonu 352 manata almışdır. - Tərəflər arasında bağlanmış 25.12.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən 31.01.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək 12 ay ərzində hər ay 29 manat ödənilməsi nəzərdə tutulmuşdur. - 23.02.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh 09.09.2019-cu il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 144 manat, ödənilməmiş məbləği 196 manat, cərimə məbləği 19 manat, ümumilikdə ödənilməmiş məbləği 215 manat, 25.12.2019-cu il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 62 manat, ödənilməmiş məbləği 290 manat 20 qəpik, cərimə məbləği 29 manat 80 qəpik, ümumilikdə ödənilməmiş məbləği 320 manat, 21.02.2020-ci il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 74 manat, ödənilməmiş məbləği 298 manat 20 qəpik, cərimə məbləği 29 manat 80 qəpik, ümumilikdə ödənilməmiş məbləği 328 manat olmaqla cəmi ödənilməmiş məbləği 863 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqavilələrə əsasən ABC Telecom MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış 09.09.2019-cu il tarixli, 25.12.2019-cu il tarixli və 21.02.2020-ci il tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 09.09.2019-cu il tarixli müqavilə üzrə 196 manat ödənilməmiş hissə, 19 manat cərimə, 25.12.2019-cu il tarixli müqavilə üzrə 290 manat 20 qəpik ödənilməmiş hissə, 29 manat 80 qəpik cərimə, 21.02.2020-ci il tarixli müqavilə üzrə 298 manat, 20 qəpik ödənilməmiş hissə, 29 manat, 80 qəpik cərimə olmaqla ümumilikdə 863 (səkkiz yüz altmış üç) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq ABC X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-1418/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1418/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver