Məhkəmə qərarları › İş №2(044)-1441/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1441/2021

26.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1441/2021 26.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X24 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əməhiyyətli olan faktın müəyyən olunmasına dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X3nun 10 iyun 1986-cı il tarixdə ölməsi, onun ölümünün qeyd edilmə faktının müəyyən edilməsinə və X3na ölüm haqqında şəhadətnamənin verilməsini Gəncə şəhər Nizami Rayon Qeydiyyat şöbəsinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək X3nun 10 iyun 1986-cı il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, X1, qaynanası X9 ilə birgə nikahlarından dörd övladları, əri X12, baldızı Hüseynova (Abdullayeva) Gözəl Həmid qızı, qaynı X19, baldızı Şahid2 və X7 adlı övladları olmuşdur. X1, qaynanası X9, X7 və əri X12 vəfat etmişlər. X7 21 avqust 1955-ci il tarixdə 2 yaşında vəfat etmişdir. Bundan əlavə X6 onunla birgə nikahlarından Hüseynova (Alıyeva) Aygül Saləddin qızı, X10, X13 adlı üç övladları doğulmuşdur. X3 10.06.1986-cı il tarixdə iki aylığında vəfat etmişdir. Lakin onlar səhlankarlıq edərək 21 avqust 1955-ci il tarixdə vəfat etmiş qaynı X16 və 10.06.1986-cı il tarixdə vəfat etmiş X3na ölüm haqqında şəhadətnamə almamışlar. Hal-hazırda X1ndan miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini vərəsə olaraq öz adlarına keçirtmək üçün tələb olunan sənədlərin bir qismini təqdim etmişlər, lakin qaynı X14 və X3nun ölüm haqqında şəhadətnaməsini əldə edə bilmədiklərindən qarşılaşdıqları problemi həll edə bilmirlər. Onun X7nun və X3nun ölmələrini təsdiq etmək üçün onlara ölüm haqqında şəhadətnamə almaq üçün aiddiyatı üzrə Dövlət orqanına ünvanlandığı ərizədən Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin 16.10.2020-ci il tarixli, 05/Q-1346 saylı və 16.10.2020-ci il tarixli, 05/Q-1345 saylı məktubları ilə imtina edilmişdir. Sonda ərizəçi ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Ərizəçi gəlin köçdüyü ailə ilə 1962-ci ildən qonşudurlar. Ərizəçi oğlu təxminən 2 və ya 3 aylığında olarkən qəflətən xəstələnmiş, xəstəxanadan gətirildikdən sonra axşam vəfat etmişdir. Uşağı Kəbirənin qaynatası qayınları ilə birlikdə dəfn etmişlər. Ərizəçi həmin uşaqdan sonra 1 qız övladı dünyaya gəlmişdir. Hazırda Kəbirənin 2 qız övladı vardır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşı Saləddinin arvadı olmuşdur. Onların oğlu Vüsal Hüseynov doğulduğu andan xəstə olmuş və bir neçə dəfə müalicə olunmuşdur. Uşaq təxminən 1986-cı ildə qəfildən vəfat etmişdir və uşağı babası ilə əmisi dəfn etmişdir. Hazırda ərizəçinin 2 qız övladı var. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşı arvadıdır. 1986-cı ilin yaz aylarında qardaşı oğlu Vüsalın halı qəflətən pisləşmiş, onlar həmin vaxt həkim çağırmışlar, lakin həkim kömək edə bilməmiş, uşaq vəfat etmişdir. Ümumiyyətlə uşaq doğulduğu andan xəstə olmuşdur. Ərizəçinin oğlunu o, şəxsən “Lüləli” adlanan qəbirsanlığında dəfn etmişdir. Mülki iş materiallarında olan: - Gəncə şəhər Nizami rayon qeydiyat şöbəsinin 16.10.2020-ci il tarixli məktubundan görünür ki, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və şöbənin arxivində yoxlama aparılmış, lakin vətəndaş X5 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 30 iyul 1951-ci ildə Kirovabad (Gəncə) şəhərində doğulmuşdur. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 8 aprel 1986-cı ildə Kirovabad (Gəncə) şəhərində doğulmuşdur. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 01.11.2020-ci il tarixdə vəfat etmişdir. Ölüm səbəbi beyin ödəmi. - Gəncə şəhər Nizami Rayon Qeydiyat şöbəsinin 09.10.2020-ci tarixli arayışdan görünür ki, vətəndaş 30.06.1951-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X12 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 09.10.2020-ci ilədək yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir. Ata:X11-(vəfat edib), ana:X9- 15.12.1925-ci il (vəfat edib), bacı:Hüseynova (Abdullayeva) Gözəl Həmid qızı-27.03.1959cu il, qardaş:X19-25.12.1955-ci il, bacı:Şahid2-21.02.1946-cı il, qardaş:X21-16.08.1953-cü il, arvad:Ərizəçi-xx.xx.1966-cı il, uşaq: Hüseynova (Alıyeva)Aygün Sələddin qızı- 19.08.1992-ci il, uşaq:X10-28.02.1985-ci il, uşaq:X13-08.04.1986-cı il. Məhkəmənin sorğusuna cavab olaraq Gəncə şəhər Nizami Rayon Qeydiyat şöbəsinin 20.04.2021-ci il tarixli məktubundan görünür ki, 10.04.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş vətəndaş X5 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq X4 Reyestri Xidmətinin 30.04.2021-ci il tarixli məktubundan görünür ki, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlar öyrənilərkən V.Hüseynovun ölümü barədə məlumat aşkar olunmamışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib mülki iş materiallarını tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi əsaslı olduğuna görə təmin olunmalıdır. Belə ki, Azərbyacan Respublikası Mülki – Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maraqlı şəxs məktubu ilə təsdiq olunur ki, ərizəçi ölüm haqqında şəhadətnaməni almaq üçün yaşayış yeri üzrə həmin qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında akt qeydi aşkar edilmədiyinə görə şəhadətnamənin alınması mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2 və 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, X5 10 iyun 1986-cı il tarixdə Gəncə şəhərində vəfat etməsi şahid ifadələri ilə sübuta yetirdiyinə görə bu barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 08.04.1986-cı ildə Kirovabad (Gəncə) şəhərində anadan olmuş X5 10.06.1986-cı il tarixdə Gəncə şəhərində vəfat etməsinə dair hüquqi fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar