Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1465/2021 17.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Əlizadə Kamran Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcu və tələbin girov predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «kredit borcu və tələbin girov predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29.06.2020-ci il tarixli GNLMB-9481 saylı kredit müqaviləsi üzrə əsas borc 3393.4 manat, faiz borcu 497.76 manat, cərimə borcu 724 manat, cəmi 4615.16 manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tələblərin 29.06.2020-ci il tarixli GNLMB-9481 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında 29.06.202-ci il tarixli GNLMB-9481 saylı saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş 1 ədəd çəkisi 18.7 qram, əyarı 750 olan kolye, 1 ədəd çəkisi 9.5 qram, əyarı 750 olan sırğa-üzük-dəst, 1 ədəd çəkisi 27.8 qram olan 583 əyarlı sep, 1 ədəd çəkisi 11.4 qram olan, 583 əyarlı sırğa-üzük dəsti, 2 ədəd çəkisi 6 qram olan 750 əyarlı üzük, 1 ədəd çəkisi 4.5 qram olan 583 əyarlı üçüz, 1 ədəd çəkisi 2.7 qram olan 585 əyarlı braslet, cəmi 80.6 qram olan qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərracda satılaraq əldə edilmiş vəsaitin 29.06.2020-ci il tarixli GNLMB-9481 saylı kredit müqaviləsi üzrə cəmi 4615.16 manat borcun ödənilməsinə yetərli olmadığı halda qalan borcun Cavabdeh ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 29.06.2020ci il tarixli bağlanmış kredit müqaviləsinə əsasən 24 ay müddətinə 3260 manat məbləğində kredit verilmiş, kreditin təmini kimi bank ilə cavabdeh arasında girov müqaviləsi bağlanaraq cavabdehə məxsus olan 1 ədəd çəkisi 18.7 qram, əyarı 750 olan kolye, 1 ədəd çəkisi 9.5 qram, əyarı 750 olan sırğa-üzük-dəst, 1 ədəd çəkisi 27.8 qram olan 583 əyarlı sep, 1 ədəd çəkisi 11.4 qram olan, 583 əyarlı sırğa-üzük dəsti, 2 ədəd çəkisi 6 qram olan 750 əyarlı üzük, 1 ədəd çəkisi 4.5 qram olan 583 əyarlı üçüz, 1 ədəd çəkisi 2.7 qram olan 585 əyarlı braslet, cəmi 80.6 qram olan qızıl-zinət əşyaları banka girov qoyulmuşdur. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 29.06.202-ci il tarixli GNLMB-9481 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 3620 manat məbləğində kredit verilmişdir. 29.06.202-ci il tarixli GNLMB-9481 saylı saxlanc girovu haqqında müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh verilmiş kreditin təmini kimi Cavabdeh məxsus 1 ədəd çəkisi 18.7 qram, əyarı 750 olan kolye, 1 ədəd çəkisi 9.5 qram, əyarı 750 olan sırğa-üzük-dəst, 1 ədəd çəkisi 27.8 qram olan 583 əyarlı sep, 1 ədəd çəkisi 11.4 qram olan, 583 əyarlı sırğa-üzük dəsti, 2 ədəd çəkisi 6 qram olan 750 əyarlı üzük, 1 ədəd çəkisi 4.5 qram olan 583 əyarlı üçüz, 1 ədəd çəkisi 2.7 qram olan 585 əyarlı brasletdən ibarət qızıl-zinət əşyaları banka girov qoyulmuş və bu barədə akt tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 29.06.2020-ci il tarixli 00039262 saylı saxlanc girovunun qiymətləndirilməsi və kassaya təhvil verilməsinə dair aktdan görünür ki, Cavabdeh məxsus 1 ədəd çəkisi 18.7 qram, əyarı 750 olan kolye, 1 ədəd çəkisi 9.5 qram, əyarı 750 olan sırğa-üzük-dəst, 1 ədəd çəkisi 27.8 qram olan 583 əyarlı sep, 1 ədəd çəkisi 11.4 qram olan, 583 əyarlı sırğa-üzük dəsti, 2 ədəd çəkisi 6 qram olan 750 əyarlı üzük, 1 ədəd çəkisi 4.5 qram olan 583 əyarlı üçüz, 1 ədəd çəkisi 2.7 qram olan 585 əyarlı brasletdən ibarət qızıl - zinət əşyalarının bazar dəyəri 6703 manat məbləğində qiymətləndirilmişdir. 25.02.2021-ci il tarixli RB-02/PK-2029 saylı arayışdan görünür ki, Cavabdeh 29.06.202-ci il tarixli GNLMB-9481 saylı kredit müqaviləsi üzrə 25.02.2021-ci il tarixə olan borcu 3393.4 manat, faiz borcu 497.76 manat, cərimə borcu 724 manat, cəmi 4615.16 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə iddia tələbinin həmin qızıl-zinət əşyalarının açıq hərracda satılaraq əldə edilmiş vəsait borcun ödənilməsinə yetərli olmadığı halda qalan borcun Cavabdeh ümumi qaydada tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbinin həmin hissəsi hazırkı vaxtda deyil, «İcra Haqqında» Qanunun 45-ci maddəsinin tələbinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdehin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 29.06.2020-ci il tarixli GNLMB-9481 saylı kredit müqaviləsi üzrə əsas borc 3393.4 manat, faiz borcu 497.76 manat, cərimə borcu 5 manat, cəmi 3896.16 (üç min səkkiz yüz doxsan altı manat on altı qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilməli, tutma öhdəliyin təmini kimi Cavabdeh məxsus olan - 1 ədəd çəkisi 18.7 qram, əyarı 750 olan kolye, 1 ədəd çəkisi 9.5 qram, əyarı 750 olan sırğa-üzük-dəst, 1 ədəd çəkisi 27.8 qram olan 583 əyarlı sep, 1 ədəd çəkisi 11.4 qram olan, 583 əyarlı sırğa-üzük dəsti, 2 ədəd çəkisi 6 qram olan 750 əyarlı üzük, 1 ədəd çəkisi 4.5 qram olan 583 əyarlı üçüz, 1 ədəd çəkisi 2.7 qram olan 585 əyarlı braslet, cəmi 80.6 qram olan qızıl-zinət əşyalarına yönəldilməli və həmin əmlaklar açıq hərracdan satılmalı, satışdan əldə olunmuş vəsait hesabına, cavabdehin banka olan borcunun ödənilməsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 3393.4 manat, faiz borcu üzrə 497.76 manat, cərimə 5 manat, cəmi 3896.16 (üç min səkkiz yüz doxsan altı manat on altı qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilsin. Tutma öhdəliyin təmini kimi Cavabdeh məxsus olan - 1 ədəd çəkisi 18.7 qram, əyarı 750 olan kolye, 1 ədəd çəkisi 9.5 qram, əyarı 750 olan sırğa-üzük-dəst, 1 ədəd çəkisi 27.8 qram olan 583 əyarlı sep, 1 ədəd çəkisi 11.4 qram olan, 583 əyarlı sırğa-üzük dəsti, 2 ədəd çəkisi 6 qram olan 750 əyarlı üzük, 1 ədəd çəkisi 4.5 qram olan 583 əyarlı üçüz, 1 ədəd çəkisi 2.7 qram olan 585 əyarlı braslet, cəmi 80.6 qram olan qızıl-zinət əşyalarına yönəldilsin və həmin qızıl-zinət əşyaları açıq hərracdan satılsın, satışdan əldə olunmuş vəsait hesabına, Cavabdeh banka olan borcu - cəmi 3896.16 (üç min səkkiz yüz doxsan altı manat on altı qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, İddiaçı ASC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi Cavabdeh qaytarılsın. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1465/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1465/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver