Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1551/2021 07.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 08.01.2019-cu il tarixli 2(044)- 455/2019 saylı qətnaməsinə əsasən onun xeyrinə 22.08.2011-ci il tarixdə anadan olmuş X2 və 13.01.2014-cü il tarixdə anadan olmuş X1 üçün hər ay bir uşaq üçün tutulan 130 manat alimentin miqdarı artırılaraq, cavabdehdən 22.08.2011-ci il tarixdə anadan olmuş X2 və 13.01.2014-cü il tarixdə anadan olmuş X1 üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 08.01.2019-cu il tarixli 2(044)-455/2019 saylı qətnaməsinə əsasən 03.01.2019-cu il tarixdən başlayaraq, 22.08.2011-ci il tarixdə anadan olmuş X2 və 13.01.2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün tutulan 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmiş və cavabdeh alimenti hissə-hissə ödəyir. Məhkəmə tərəfindən müəyyən olunmuş alimentin miqdarı təyin olunan vaxt qızı Sahibənin 8, oğlu Elcanın 5 yaşı olmuş, hazırda uşaqlar böyümüşlər, böyüdükcə onların saxlanılmaları üçün tələb olunan xərclər də artmışdır, uşaqların hər ikisi məktəblidir, Sahibə 4-cü sinifdə, Eılcan isə 1-ci sinifdə oxuyurlar. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qət namə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 08.01.2019-cu il tarixli qətnaməsinə əsasən 22.08.2011-ci il tarixdə anadan olmuş X2 və 13.01.2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün tutulan 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimenti çox çətinliklə ödəyir. O, heç yerdə işləmir, heç yerdən gəliri yoxdur və iddia ərizəsində göstərilən alimentin məbləği ilə razı deyildir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 08.01.2019-cu il tarixli 2(044)-455/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə Hacıyeva (Qarayeva) Səbinə Köçəri qızının arasında 14.02.2011-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyat şöbəsində 52 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından 22.08.2011-ci il tarixdə anadan olmuş X4 və 13.01.2014-cü il tarixdə anadan olmuş X5 nikah pozulmasından sonra Hacıyeva (Qarayeva) Səbinə Köçəri qızının himayəsində saxlanılmaları, 22.08.2011-ci il tarixdə anadan olmuş X2 və 13.01.2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün, 03.01.2019-cu il tarixdən başlayaraq, Cavabdeh hər ay hər uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment Hacıyeva (Qarayeva) Səbinə Köçəri qızının xeyrinə tutulması qət edilmişdir. 05.06.2020-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları 05 iyun 2020-ci il tarixdə 118 saylı akt qeydi ilə pozulmuşdur. 01.09.2011-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 22.08.2011-ci il tarixdə X4 anadan olmuşdur. 31.01.2014-cü il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 13.01.2014-cü il tarixdə X5 anadan olmuşdur. 16.03.2021-ci il tarixdə Gəncə şəhəri M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbi tərəfindən verilmiş arayışdan görünür ki, 22.08.2011-ci il tarixdə anadan olmuş X4 M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin 4-cü sinfində oxuyur. 15.03.2021-ci il tarixdə Gəncə şəhər N.A.Nekrasov adına 19 saylı tam orta məktəbi tərəfindən verilmiş arayışdan görünür ki, 13.01.2014-cü il tarixdə anadan olmuş X5 N.A.Nekrasov adına 19 saylı tam orta məktəbin 1-ci sinfində oxuyur. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 08.01.2019-cu il tarixli 2(044)-455/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 22.08.2011-ci il tarixdə anadan olmuş X2 və 13.01.2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 (yüz qırx) manat, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı Köçəri qızına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 3360 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 30 (otuz) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 08.01.2019-cu il tarixli 2(044)-455/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 22.08.2011-ci il tarixdə anadan olmuş X2 və 13.01.2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 (yüz qırx) manat, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı Köçəri qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumu 30 manat Cavabdeh tutularaq, dövlət mədaxilinə keçirilsin. Artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə 07.05.2021-ci il tarixli 2(044)-1551/2021 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1551/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1551/2021
07.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver