Məhkəmə qərarları › İş №2(044)-1598/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1598/2021

04.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1598/2021 04.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, 10.07.1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X4 17 iyun 2020-ci il tarixdə Şəmkir rayonu, Yenikənd ərazisindən keçən Kür çayında boğularaq ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 10.07.1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X6 onun doğma oğludur, mərhum oğlu X2 rayonu ərazisində, Yenikənd su anbarının yaxınlığındakı “Dalğa” ailəvi istirahət mərkəzinin yanında, yeşik sexində günəmuzd fəhlə işləmiş, 17.06.2020-ci il tarixdə səhər saatlarında oğlu Elman iş yoldaşları X11 və X8 ilə birlikdə evdən çıxaraq işə getmiş, saat 17 radələrində özünü Şəmkir rayon Polis şöbəsinin əməkdaşı kimi təqdim edən Zəka adlı şəxs ona zəng edərək oğlu Elman Əhmədovun Kür çayında suda boğularaq öldüyünü, meyitinin Şəmkir rayon xəstəxanasına aparılmasını bildirmiş, o, dərhal Şəmkir rayon xəstəxanasına gedərək morqda oğlunun meyitinə ekspertin iştirakı ilə baxışda iştirak etmiş, oğlunun bədənində hər hansı bir xəsarət izi aşkar edilməmişdir. Oğlunun iş yoldaşlarının deməsinə görə həmin gün saat 15 radələrində Elman ayaqyoluna getmək adı ilə onlardan ayrılıb getmiş, onun qayıtmadığını görəndə ətraflı gəzməyə başlamış, sonra bu barədə sexin digər işilərinə “Dalğa” restoranının sexin sahibi Xəyyama məlumat verilmiş, daha sonra işçilərlə axtarış nəticəsində Elmanın paltarını Kür çayının kənarında görmüş, Xəyyam 102 qaynar xətt xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Azərbaycan Respublikası Şəmkir rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən, İİİ dərəcəli hüquqşunas X5 25.06.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-nin 39.1.1ci maddəsinə əsasən X4 öz ehtiyatsızlığı nəticəsində suda boğularaq ölməsi faktında cinayət hadisəsi olmadığındancinayət işinin başlanması rədd edilmişdir. Onun mərhum oğlu X6 18.06.2020-ci il tarixdə Gəncə şəhəri 4 saylı qəbirstanlığında dəfn edilmişdir. O, öğlunun ölümü ilə bağlı sənəd almaq üçün Maraqlı şəxsnə müraciət etmiş və ona bu barədə məhkəməyə müraciət etməsi bildirilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəyə uyöun izahat verərək, məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, o, Ərizəçi və onun ailəsi ilə yaxın qonşudur. Ərizəçinin mərhum oğlu Elman Əhmədov onun iş yoldaşı olmuşdur. Onlar yeşik sexində birlikdə işləmişlər. 17.06.2020-ci il tarixdə nahardan sonra Elman telefonunu götürüb danışmaq üçün getmişdir. Elman qayıtmadığından onu axtarmışlar. Sonradan Elmanın paltarlarını çayın kənarından tapmışlar. Təxminən 40 dəqiqə axtardıqdan sonra Fövqəladə Hallar Nazirliyinə zəng etmişlər. Fövqəladə Nazirliyinin əməkdaşları gələrək Elmanın meyidini Kür çayından çıxartmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, o, Ərizəçi mərhum oğlu Elman Əhmədovu 10 ildir tanıyır. Onlar yeşik sexində bir yerdə işləmişlər. 17.06.2020-ci il tarixdə səhər işə detmişlər. Həmin gün günörta nahara qədər işləmişlər. Sonra yemək yemişlər, Elman yanlarında olmadığından axtarmağa başlamışlar. Elmanın paltarlarını çayın qırağında tapmışlar. Təxminən 40 dəqiqə axtardıqdan sonra Fövqəladə Hallar Nazirliyinə zəng etmişlər. Fövqəladə Nazirliyinin əməkdaşları gələrək Elmanın meyidini Kür çayından çıxartmışlar. 30.03.2021-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi ilə X3 birgə nikahlarından 10 iyul 1995-ci il tarixdə X6 anadan olmuşdur. 04.08.2020-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, X4 ölümü haqqında tibbi şəhadətnamə olmadığından, onun ölümü haqqında faktın müəyyən edilməsi barədə məhkəməyə müraciət olunması bildirilmişdir. Gəncə şəhəri Nizami rayon Bələdiyyəsinin 01.04.2021-ci il tarixli 258 saylı Dəfn və Mərasim Xidməti şöbəsinin 258 saylı məktubundan görünür ki, X4 04 saylı qəbirstanlıqda 18.06.2020-ci il tarixdə dəfn olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT birliyinin 17.06.2020-ci il tarixli 16 saylı arayışından görünür ki, 17.06.2020-ci il tarixdə Gəncə şəhər sakini X4 meyiti Kür çayında suda boğularaq ölməsi ilə bağlı Şəmkir Rayon Prokurorluğunun böyük müstəntiqi, İİİ dərəcəli hüquqşünas Məhərrəm Məmmədovun iştirakı ilə xaricə müayinə olunmuşdur. X4 meyitinin nəqlinə və dəfn olunmasına icazə verilmişdir. Şəmkir Rayon Prokurorluğunun Ərizəçi ünvanladığı 25.06.2020-ci il tarixli 139-c-20 saylı məktubundan görünür ki, 17.06.2020-ci il tarixdə X10 rayonu Yenikənd kəndi ərazisindən keçən Kür Çayında boğularaq ölməsi hadisəsi ilə bağlı rayon prokurorluğunda aparılmış ilkin yoxlama nəticəsində X4 öz ehtiyatsızlığı nəticəsində suda boğularaq ölməsi faktında cinayət hadisəsi olmadığıdan həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. 25.06.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X1 boğularaq ölməsi faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri ilə təsdiq olundu ki, ərizəçinin oğlu 10.07.1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X6 17 iyun 2020-ci il tarixdə Şəmkir rayonu, Yenikənd ərazisindən keçən Kür çayında boğularaq vəfat etmişdir. Məhkəmə hesab edir ki, 10.07.1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X4 17.06.2020-ci il tarixdə tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10.07.1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuş X4 17.06.2020-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar