Məhkəmə qərarları › İş №2(044)-1639/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1639/2021

01.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1639/2021 01.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Əlizadə Kamran Mehman oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi, vəkil X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, 01 iyul 1955-ci ildə vəfat etmiş X7 onun atası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, onun valideynləri X15 ilə X8 1951-ci ildə faktiki ailə qurmuşlar və Gəncə şəhəri, Azərbaycan küçəsi, 7-ci döngə, 2 saylı evdə ərarvad münasibətində yaşamışlar. Həmin faktiki nikahdan xx.xx.1953-cü ildə həmin ünvanda o, anadan olmuşdur. 15.06.1955-ci ildə ona doğum haqqında şəhadətnamə verilərkən anasının soyadı ilə soyadı “Həşimova” adlandırılmış, atasının adı Mikayıl qeyd edilmişdir. Lakin valideynlərinin nikahları rəsmiləşdirilmədiyindən “atası” qrafasında qeydiyyat aparılmamışdır. Onun atası X15 01.07.1955-ci ildə vəfat etmiş və həmin vaxt onun anası ikinci uşağa hamilə olmuşdur. Atasının ölümündən sonra 02.09.1955-ci ildə qardaşı Mikayıl Mikayıl oğlu anadan olmuşdur. Onun valideynlərinin nikahı rəsmiləşdirilmədiyindən qardaşının soyadı anasının soyadı ilə Həşimov qeyd edilmişdir. Onun 01 iyun 1955-ci ildə vəfat etmiş X7 övladı olması faktının müəyyən edilməsi ona atasından miras qalmış əmlakı adına rəsmiləşdirməsi üçün lazımdır. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi, vəkil X3 məhkəmə iclasında Ərizəçi ilə eyni məzmunlu izahat verdi. Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin rəisi Şəlalə Cəfərova tərəfindən məhkəməyə daxil olmuş məktubda işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, o, Ərizəçi xalasıdır. Hamayanın anası Samaya, atası Mikayıl olub. Onların nikahları rəsmi qeyd edilməmişdir. Hamayanın atası Mikayıl 1955-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirdi ki, Ərizəçi onun əmisi qızıdır. Hamayanın anası Samaya, atası Mikayıl olub. Onların nikahları rəsmi qeyd edilməmişdir. Hamayanın atası Mikayıl 1955-ci ildə vəfat etmişdir. 01.04.1955-ci il tarixdə Kirovabad şəhəri VVAQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 01 iyul 1955-ci ildə vəfat etmişdir. 26.04.1980-ci il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Əmiraslanova Abbas Əli oğlu ilə Əmiraslanova (Həşimova) Hamaya Mikayıl qızının nikahları 26 aprel 1970-ci ildə 544 saylı akt qeydi ilə bağlanmışdır. 15.06.1955-ci il tarixdə Kirovabad şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 27 avqust 1953-cü il tarixdə X9 anadan olmuşdur. 10.08.2020-ci il tarixdə X17, X4nın və X6 iştirakları ilə tərtib olunmuş aktdan görünür ki, ünvan 1 ünvanda yaşayan X1 SamayaMəhərrəm qızı ilə 19851-ci ildə ailə qurub Gəncə şəhəri, Azərbaycan küçəsi, 7-ci döngə, 2 saylı evdə yaşamışlar. Lakin onların evli olmaları barədə rəsmi nikah qeydiyyatından keçməmişlər və nikah şəhadətnaməsi olmamışdır. Bu evlilikdən 1953-cü ildə X9, 02.09.1955-ci ildə X10 adlı övladları var, lakin nikahları olmadığından doğum şəhadətnamələrindəuşaqların soyadı anasının soyadı ilə yazılmışdır. X15 1955-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin və onun nümayəndəsinin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, 01.07.1955-ci il tarixdə vəfat etmiş X15 ərizəçinin atasıdır. Məhkəmə hesab edir ki, 01.07.1955-ci il tarixdə vəfat etmiş X7 ərizəçi X9 ilə qohumluq münasibətində (atası) olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01.07.1955-ci il tarixdə vəfat etmiş X7 ərizəçi X9 ilə qohumluq münasibətində (atası) olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar