Məhkəmə qərarları › İş №2(044)-1663/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1663/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1663/2021 17.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin məhkəmə iclas katibi Əliyev Nicat Şirzad oğlunun katibliyi, iddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, 09.12.2019-cu il tarixli müqaviləyə əsasən LG LED markalı televizor üçün 924 (doqquz yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 189 (yüz səksən doqquz) manat dəbbə pulu, 09.12.2019-cu il tarixli müqaviləyə əsasən LG markalı mikrodalğalı soba üçün 147(yüz qırx yeddi) manat ödənilməmiş hissə, 44 (qırx dörd) manat dəbbə pulu, 28.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********53173 Samsung Galaxy A 40 markalı telefon üçün 495(dörd yüz doxsan beş) manat ödənilməmiş hissə,147 (yüz qırx yeddi) manat dəbbə pulu, 09.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********45946 Samsung Galaxy A10 markalı telefon üçün 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 84(səksən dörd) manat dəbbə pulu, ümumilikdə 2310 (iki min üç yüz on)manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 2340 (iki min üç yüz qırx) manat məbləğində pulun Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh «xxxx» MMC ilə bağladığı 09.12.2019-cu il, 28.02.2020-ci il, 09.03.2020-ci il tarixli müqavilələrə əsasən LG LED markalı televizor, LG markalı mikrodalğalı soba, İMEİ kodu **********53173 olan Samsung Galaxy A40 markalı telefon və İMEİ kodu **********45946 olan Samsung Galaxy A10 markalı telefon almış və nəticədə 2310 (iki min üç yüz on) manat borc yaranmışdır. Bu günədək cavabdehə edilən müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozmuş və nəticədə, 09.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1268(min iki yüz atmış səkkiz) manat (70 manat x 18 ay+8 manat ilkin ödəniş) olan LG LED markalı televizor üçün 1113 (min yüz on üç) manat olmaqla ondan, 924 (doqquz yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 189 (yüz səksən doqquz) manat dəbbə pulu; 09.12.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 252 (iki yüz əlli iki)manat (12ay x 21manat+0 manat ilkin ödəniş) olan LG markalı mikrodalğalı soba üçün 191 (yüz doxsan bir) manat olmaqla ondan 147 (yüz qırx yeddi)manat ödənilməmiş hissə, 44 ( qırx dörd) manat dəbbə pulu; 28.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 644 (altı yüz qırx dörd) manat (12ay x49.5 manat +50manat ilkin ödəniş) olan İMEİ kodu **********53173 Samsung Galaxy A 40 markalı telefon üçün 642 (altı yüz qırx iki) manat olmaqla ondan 495(dörd yüz doxsan beş) manat ödənilməmiş hissə, 147(yüz qırx yeddi) manat dəbbə pulu; 09.03.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 361 (üç yüz altmış bir) manat olan (12ay x28 manat +25 manat ilkin ödəniş) İMEİ kodu **********45946 Samsung Galaxy A10 markalı telefon üçün 364 (üç yüz altmış dörd) manat olmaqla ondan 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 84(səksən dörd) manat dəbbə pulu miqdarında borc yaranmışdır.Cavabdeh cəmi 679 (altı yüz doqquz) manat ödəniş etmişdir. Göstərilənlər əsas gətirilərək, 09.12.2019-cu il tarixli müqaviləyə əsasən LG LED markalı televizor üçün 924 (doqquz yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 189 (yüz səksən doqquz) manat dəbbə pulu, 09.12.2019-cu il tarixli müqaviləyə əsasən LG markalı mikrodalğalı soba 147 (yüz qırx yeddi)manat ödənilməmiş hissə, 44 ( qırx dörd) manat dəbbə pulu, 28.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********53173 Samsung Galaxy A40 markalı telefon üçün 495(dörd yüz doxsan beş) manat ödənilməmiş hissə, 147 (yüz qırx yeddi) manat dəbbə pulu, 09.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********45946 Samsung GalaxyA10 markalı telefon üçün 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat dəbbə pulu, ümumilikdə 2310(iki min üç yüz on) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, cəmi 2340 (iki min üç yüz qırx) manat məbləğində pulun Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında «xxxx» MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada (həmçinin SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildiriş ilə) xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış 09.12.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki Cavabdeh ilkin 8 manat ilkin ödəniş edərək «xxxx» MMC-dən dəyəri 1268 manat olan LG LED markalı televizor almış və 18 ay müddətinə, aylıq 70 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış 09.12.2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilkin ödəniş etmədən «xxxx» MMC-dən dəyəri 252 manat olan LG markalı mikrodalğalı soba almış və 12 ay müddətinə, aylıq 21 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış 28.02.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 50 manat ilkin ödəniş etməklə «xxxx» MMC-dən dəyəri 644 manat, İMEİ kodu **********53173 olan Samsung Galaxy A40 markalı telefon almış və 12 ay müddətinə, aylıq 49.50 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış 09.03.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 25 manat ilkin ödəniş etməklə «xxxx» MMC-dən dəyəri 361 manat, İMEİ kodu **********45946 olan Samsung GalaxyA10 markalı telefon almış və 12 ay müddətinə, aylıq 28 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə)567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 09.12.2019-cu il, 28.02.2020-ci il, 09.03.2020-ci il tarixli müqavilələrin əlavə ödəniş cədvəllərinə əsasən "xxxx" MMC-nin ödəniş cədvəli üzrə göstərilən ödəniş şərtləri "Alıcı" tərəfindən yerinə yetirilmədikdə "xxxx" MMC müqavilənin qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz olaraq yerinə yetirməlidir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçı «xxxx» MMC arasında bağlanmış 09.12.2019-cu il tarixli müqaviləyə əsasən LG LED markalı televizor, 09.12.2019-cu il tarixli müqaviləyə əsasən LG markalı mikrodalğalı soba, 28.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********53173Samsung Galaxy A40 markalı telefon və 09.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********45946 Samsung Galaxy A10 markalı telefon almış, lakin alqısatqı müqavilələri üzrə götürdüyü öhdəlikləri icra etməmiş, müqavilə üzrə ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun “8.1.2-ci maddəsinə əsasən iddia tələbi 500 manatdan çox olduqda iddia ərizələrinə ödənilən rüsumun məbləği 30 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh 09.12.2019-cu il tarixli müqaviləyə əsasən LG LED markalı televizor üçün 924 (doqquz yüz iyirmi dörd) manat əsas borc, 15 (on beş) manat dəbbə pulu, 09.12.2019-cu il tarixli müqaviləyə əsasən LG markalı mikrodalğalı soba üçün 147 (yüz qırx yeddi) manat əsas borc, 10(on) manat dəbbə pulu; 28.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********53173 Samsung Galaxy A40 markalı telefon üçün 495 (dörd yüz doxsan beş) manat əsas borc, 15 (on beş) manat dəbbə pulu, 09.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********45946 Samsung GalaxyA10 markalı telefon üçün 280(iki yüz səksən ) manat əsas borc, 10 on) manat dəbbə pulu, cəmi 1846 manat əsas borc, 50 (əlli) manat dəbbə pulu və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla ümumilikdə 1926 manat pul tutularaq «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 09.12.2019-cu il tarixli müqaviləyə əsasən LG LED markalı televizor üçün 924 (doqquz yüz iyirmi dörd) manat əsas borc, 15 (on beş) manat dəbbə pulu, 09.12.2019-cu il tarixli müqaviləyə əsasən LG markalı mikrodalğalı soba üçün 147 (yüz qırx yeddi) manat əsas borc, 10 (on) manat dəbbə pulu; 28.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********53173 Samsung Galaxy A40 markalı telefon üçün 495 (dörd yüz doxsan beş) manat əsas borc, 15 (on beş) manat dəbbə pulu, 09.03.2020ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********45946 Samsung Galaxy A10 markalı telefon üçün 280 (iki yüz səksən ) manat əsas borc, 10(on) manat dəbbə pulu, cəmi 1846 manat əsas borc, 50(əlli) manat dəbbə pulu və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla ümumilikdə 1926 manat pul tutularaq iddiaçı «xxxx» MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar