Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1783/2021 07.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Əlizadə Kamran Mehman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən 19.04.2011-ci il tarixdə anadan olmuş X1 üçün yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq, hər ay 175 manat sabit pul məbləğinin Cavabdeh tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09.07.2013-cü il tarixli qətnaməsi ilə onunla cavabdeh arasında 04.04.2010-cu il tarixdə bağlanmış nikah qeydi pozulmuş və 19.04.2011-ci il tarixdə anadan olmuş X4 onun himayəsində saxlanılmış, cavabdehdən 19.04.2011-ci il tarixdə anadan olmuş X1 üçün hər ay 70 manat məbləğində aliment 14.02.2013-cü il tarixdən başlayaraq onun xeyrinə tutulması qət edilmişdir. Hazırda uşağın 10 yaşı var və həmin məbləğ uşağın heç bir tələbatının ödənilməsinə yetərli deyildir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Cavabdeh isə uşağı ilə maraqlanmır, hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə vaxtlı-vaxtında ödəmir, uşağın bütün ehtiyaclarını o, təkbaşına ödəyir, uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi təlabatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçı tərəfindən 01.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizədə bildirmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır və işləyir bu səbəbdən də, 07.06.2021-ci il tarixə saat 11:20-ə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Odur ki, işə onun iştirakı olmadan baxılmasını və mahiyyəti üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08.07.2013-cü il tarixli 2(044)- 706/2013 saylı qətnaməsinin surətindən görünür ki, iddia nikahın pozulması hissəsində təmin edilmiş, iddia aliment tələbi hissəsində qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh X3 anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh 19.04.2011-ci il tarixdə anadan olmuş, X1 üçün hər ay 70 manat miqdarında alimentin 14.02.2013-cü il tarixdən başlayaraq İddiaçı verilməsi qət edilmişdir. 28.07.2016-cı il tarixdə Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı Nurəddin qızının nikahları 28 iyul 2016-cı il tyarixdə pozulmuşdur. 27.01.2012-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı Nurəddin qızının birgə nikahlarından 19 aprel 2011-ci il tarixdə X4 anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 08.07.2013-cü il tarixli 2(044)-706/2013 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 19 aprel 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı İddiaçı Nurəddin qızına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 1680 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 30 (otuz) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 08.07.2013-cü il tarixli 2(044)-706/2013 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 19 aprel 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı İddiaçı Nurəddin qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Nurəddin qızı ödəməkdən azad edildiyi dövlət rüsumu 30 manat cavabdeh Cavabdeh tutularaq dövlət mədaxilinə keçirilsin. Artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə 07.06.2021-ci il tarixli 2(044)-1783/2021 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1783/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1783/2021
07.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver