Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1787/2021 03.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Əlizadə Kamran Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.07.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, Cavabdeh aylıq ümumi qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında alimentin, həmçinin 14.07.2020-ci il təvəllüdlü X2 3 yaşına çatana kimi hər ay sabit pul məbləğində 196 manat alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, Cavabdeh ilə 2019-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və onların birgə nikahlarından 14.07.2020-ci il tarixdə anadan olmuş X3 adlı bir uşaqları vardır. Onlar ailə qurduqları bu qısa vaxt ərzində aralarında tez-tez dava-dalaş olmuşdur. O, uşaq dünyaya gələndən sonra hər şeyin yaxşı olacağını düşünmüş, lakin əksinə uşaq olandan sonra daha da ailədə ümumi dil tapa bilməmişlər, son zamanlar isə daha da dözülməz olmuşdur. Bu səbəbdən uşağı ilə birlikdə ata evinə qayıtmış, faktiki olaraq ayrı yaşayırlar. Cavabdeh uşağın taleyinı biganə yanaşmış, onun necə saxlanması barədə ümumiyyətlə maraqlanmamışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrində xidmət edir və yüksək məbləğdə əmək haqqı alır, könüllü olaraq uşağına heç bir maddi yardım göstərməmişdir. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq gəlməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 28.07.2019-cu il tarixdə Gəncə “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları 28 iyul 2019-cu il tarixdə bağlanmıdır. 12.08.2020-ci il tarixdə Xaçmaz rayon İHB-nin Yergüc kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiuş doğum haqqında şəhadətnamənin nsurətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 14.07.2020-ci il tarixdə X3 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanamsı üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə qazancın və başqa gəlirlərin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin normalara istinadən məhkəmə irəli sürülən iddia tələbinin bir uşaq üçün alimentin miqdarının cavabdehin aylıq qazancının 1/4 hissədə müəyyən edilməsinə əsas verən halların, məsələn, cavabdehin işləməsinin, aylıq qazancının və digər gəlirlərinin iddia tələbini ödəyəcək məbləğdə olmasını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmasını təsdiq edən sübutların iddiaçı tərəfindən təqdim edilməsini, həmçinin uşağın minimum yaşayış tələbatının təmin olunmasının, eləcə də uşağın saxlanması üçün vəsaitin ödənilmə qaydasına dair tərəflər arasında şifahi razılığın əldə edilmədiyinin zəruriliyini nəzərə alır və uşaq iddiaçının öhdəsində olduğundan məhkəmə uşağın saxlanması üçün alimentin cavabdehin aylıq qazancının və digər gəlirlərinin 1/4 hissəsində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, yuxarıda qeyd olunan normalara istinadən məhkəmə irəli sürülən iddia tələbinin dəstəklənməsinə əsas verən halların, məsələn, cavabdehin aylıq qazancının və digər gəlirlərinin iddia tələbini ödəyəcək məbləğdə olmasını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmasını təsdiq edən sübutların iddiaçı tərəfindən təqdim edilməsini, həmçinin uşağın minimum yaşayış tələbatının təmin olunmasının zəruriliyini nəzərə alır. Məhkəmə hesab edir ki, 14.07.2020-ci il tarixdə anadan olmuş X1 üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək və uşağa qayğı göstərmək onun valideynlik borcudur. Məhkəmə iddia tələbinin, 14.07.2020-ci il təvəllüdlü X2 3 yaşına çatana kimi hər ay sabit pul məbləğində 196 manat alimentin tutularaq onun xeyrinə ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddiaçıdan cavabdeh tərəfindən kömək göstərilməsinin tələb edilməsi və cavabdehin həmin köməyin göstərilməsindən imtina etməsini subut edən faktları iddiaçı məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbinin həmin hissədə təmin olunması istisnadır. Məhkəmə hesab edir ki, 14.07.2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 03.05.2021-ci il tarixdən başlayaraq, hər ay Cavabdeh qazancının (və ya başqa gəlirinin) 1/4 hissəsi miqdarında aliment tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq aliment 03.05.2021-ci il tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 14.07.2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 03.05.2021-ci il tarixdən başlayaraq, hər ay cavabdeh Cavabdeh oğlunun qazancının (və ya başqa gəlirinin) 1/4 hissəsi miqdarında aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1787/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1787/2021
03.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver