Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-18/2021 17.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Əlizadə Kamran Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC-ti Cavabdeh qarşı «kredit borcu» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 1313.16 ABŞ dolları, faiz borcu üzrə 571.09 ABŞ dolları, cəmi 1884.25 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumu «xxxx» ASC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21.07.2017-ci il tarixli 2(044)-5412/2017 saylı məhkəmə əmri ilə Cavabdeh əsas borc üzrə 1313.16 ABŞ dolları, faiz borcu üzrə 571.09 ABŞ dolları, cəmi 1884.25 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumu «xxxx» ASC-nin xeyrinə tutulması əmr edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsini 18.08.2020-ci il tarixli 2(044)-5412/2017 saylı qərardadı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsini 21.07.2017-ci il tarixli 2(044)- 5412/2017 saylı məhkəmə əmri ləğv edilmiş, materiallar iddia icraatına keçirilmiş və məhkəmə baxışına təyin olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 03.07.2015ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə 1620 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, banka olan borcunu vaxtında və lazımınca icra etməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında əlavə olaraq bildirdi ki, Cavabdeh məhkəmə əmri üzrə qalıq borcu 31.03.2021-ci il tarixinə 657 ABŞ dolları təşkil edir. Məhkəmədən Cavabdeh cəmi 657 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə arasında bağlanmış 03.07.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 24 ay müddətinə 1620 ABŞ dolları məbləğində kredit verilmişdir. O, ilk vaxtlar banka ödənişlər etmiş, lakin sonradan maddi imkanı olmadığından ödənişlər edə bilməmişdir. Məhkəmə tərəfindən ona müəyyən vaxt verilərsə, o, banka olan borcunu hissə-hissə ödəyə bilər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 03.07.2015-ci il tarixli 13-15-11-029307 saylı kredit müqaviləsinin surətindən görünür ki, «xxxx» ASC-ti tərəfindən Cavabdeh 24 ay müddətinə 1620 ABŞ dolları məbləğində kredit verilmişdir. 16.05.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh banka cəmi 657.22 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, Cavabdeh 657.22 (altı yüz əlli yeddi dollar iyirmi iki sent) ABŞ dollar ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin həcmi 500 (beş yüz) manatdan yüksək olduğundan və məhkəmə əmri icraatından iddia icraatına kecdiyindən, Dövət rüsumunun ödənilməmiş 10 (on) manat hissəsi cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 657.22 (altı yüz əlli yeddi dollar iyirmi iki sent) ABŞ dollar ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 20 manat dövlət rüsumu iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumunun ödənilməmiş 10 (on) manat hissəsi tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-18/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-18/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver