Məhkəmə qərarları › İş №2(044)-1805/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1805/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1805/2021 16.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlu sədrliyi Məhkəmə iclas katibi Əliyev Nicat Şirzad oğlunun katibliyi Cavabdeh "Cavabdeh1" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin(Ləğv prosesindədir) etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı Nadı̇ rov Rövşən Bı̇ lal oğlunun cavabdeh "Cavabdeh1" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə(Ləğv prosesindədir), Gəncə şəhəri 1 saylı Notarı̇ at Kontoruna qarşı ipotekaya xitam verilməsi və vərəsəlik hüququ üzrə miras əmlak üzərində tam payın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nadı̇ rov Rövşən Bı̇ lal oğlunun cavabdeh "Cavabdeh1" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə(Ləğv prosesindədir), Gəncə şəhəri 1 saylı Notarı̇ at Kontoruna qarşı ipotekaya xitam verilməsi və vərəsəlik hüququ üzrə miras əmlak üzərində tam payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mülki iş üzrə iddiaçı təkrarən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş, həmçinin işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iclasında cavabdeh "Cavabdeh1" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin(Ləğv prosesindədir) etibarnamə üzrə nümayəndəsi X2 şifahi vəsatət verərək işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyini bildirmiş və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Nadı̇ rov Rövşən Bı̇ lal oğlunun cavabdeh "Cavabdeh1" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə(Ləğv prosesindədir), Gəncə şəhəri 1 saylı Notarı̇ at Kontoruna qarşı ipotekaya xitam verilməsi və vərəsəlik hüququ üzrə miras əmlak üzərində tam payın müəyyən edilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.7-ci maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver