Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1859/2021 08.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Əlizadə Kamran Mehman oğlunun katibliyi ilə, İddiaçı Əbülfət qızının Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əbülfət qızı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01.07.2015-ci il tarixdə anadan olmuş X3 və 06.01.2018-ci il tarixdə anadan olmuş X9 iğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İdda ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 15.08.2014-cü il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar və onların birgə nikahlarıından 01.07.2015-ci il tarixdə anadan olmuş X5 və 06.01.2018-ci il tarixdə anadan olmuş X6 adlı iki uşaqları var. Onların nikahları məhkəmənin 09.02.2021-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, hazırda ayrı yaşayırlar və cavabdeh ona maddi yardım göstərməmişdir. İddiaçı Əbülfət qızı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçı Əbülfət qızı tərəfindən məhkəməyə daxil olmuş ərizədə, cavabdehə qarşı aliment tələbinə dair mülki iş üzrə cavabdehdən hər ay 200 manat məbləğində aliment tələb etmiş, hal-hazırda cavabdehin maddi vəziyyətini nəzərə alaraq ondan 60 manat miqdarında alimentin tutulmasına etiraz etmədiyini və himayəsində azyaşlı uşağı olduğundan məıhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Cavabdeh tərəfindən məhkəməyə daxil olmuş ərizədə, İddiaçı Əbülfət qızı tərəfindən ona qarşı hər ay 200 manat miqdarında aliment tələbi ilə mülk iş olmasını, onun həmin aliment məbləğini ödəməyə maddi imkanının olmamasını, maddi vəziyyətinin ağır olmasını, təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılaraq iddia tələbinin qismən təmin olunaraq , ondan hər ay 60 manat məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli 2(044)- 558/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, X2 ilə Cavabdeh arasında Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şəbəsində 15.08.2014-cü il tarixdə 1633 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. 08.07.2013-cü il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şəbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X1 birgə nikahlarından 01 iyul 2015-ci il tarixdə X5 anadan olmuşdur. 08.07.2013-cü il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şəbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X1 birgə nikahlarından 06 yanvar 2018-ci il tarixdə X6 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə Cavabdeh, 01.07.2015-ci il tarixdə anadan olmuş X3 və 06.01.2018-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 60 manat, cəmi 120 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsini məqsədə uyğun hesab edir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq aliment 07.05.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh, 01.07.2015-ci il tarixdə anadan olmuş X3 və 06.01.2018-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 07.05.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 60 manat, cəmi 120 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1859/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1859/2021
08.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver