Məhkəmə qərarları › İş №2(044)-186/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-186/2020

12.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-186/2020 12.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahələrinin ara sərhədlərinin müəyyən edilməsi və barı tikintisi üçün ölçmə işlərinin aparılmasına maneə olan hərəkətlərin cavabdehə qadağan edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Gəncə şəhəri, R.Səmədov küçəsi 1-ci döngə ev 13 saylı mülkün zəpt edilmiş hissəsindən Cavabdeh çıxarılması və mülkiyyətlərində olan torpaq sahələri arasında sərhədlərin naturada müəyyən edilməsi məqsədilə mütəxəsislər tərəfindən aparılan ölçmə işlərinə maneə yaradılmasının cavabdehə qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər aşağıdakı məzmunda barışıq sazişi imzalamış və məhkəməyə təqdim edərək, həmin barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər:

1. İddiaçı Cavabdeh ilə mülkiyyətlərində olan Gəncə şəhəri, Nizami rayonu, R.Səmədov küçəsi, 1D, ev 13 və ünvan 1 ünvandakı qonşu torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi üçün Dövlət Reyester Xidmətinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına maneə olan hərəkətlərin qadağan edilməsi ilə bağlı tələbi üzrə Cavabdeh ölçmə işlərinin aparılmaqla sərhədlərin müəyyən edilməsi, hər iki mülk arasında iddiaçı tərəfindən divar tikintisi işlərinin aparılmasına razıdır və bu işlərin aparılmasına maneə olan hərəkətlərə yol verməyəcək.

2. İddiaçı mübahisəli torpaq sahələri arasında sərhədlərin müəyyən edilməsi üçün ölçmə işləri başa çatdırılandan sonra öz hesabına mülkləri ayıran divar tikintisini öz hesabına həyata keçirəcəkdir. Məhkəmə iclasında iddiaçı ərizənin məzmununa uyğun izahat verərək barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında barışıq sazişi əldə olunduğuna görə barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağladıqdan sonra və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh qarşı torpaq sahələrinin ara sərhədlərinin müəyyən edilməsi və barı tikintisi üçün ölçmə işlərinin aparılmasına maneə olan hərəkətlərin cavabdehə qadağan edilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında xx xxxxxx 2020-ci il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. İddiaçı Cavabdeh ilə mülkiyyətlərində olan Gəncə şəhəri, Nizami rayonu, R.Səmədov küçəsi, 1D, ev 13 və ünvan 1 ünvandakı qonşu torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi üçün Dövlət Reyester Xidmətinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına maneə olan hərəkətlərin qadağan edilməsi ilə bağlı tələbi üzrə Cavabdeh ölçmə işlərinin aparılmaqla sərhədlərin müəyyən edilməsi, hər iki mülk arasında iddiaçı tərəfindən divar tikintisi işlərinin aparılmasına razıdır və bu işlərin aparılmasına maneə olan hərəkətlərə yol verməyəcək.

2. İddiaçı mübahisəli torpaq sahələri arasında sərhədlərin müəyyən edilməsi üçün ölçmə işləri başa çatdırılandan sonra öz hesabına mülkləri ayıran divar tikintisini öz hesabına həyata keçirəcəkdir. İddiaçı Cavabdeh qarşı torpaq sahələrinin ara sərhədlərinin müəyyən edilməsi və barı tikintisi üçün ölçmə işlərinin aparılmasına maneə olan hərəkətlərin cavabdehə qadağan edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən Kapital Bank ASC vasitəsi ilə dövlət büdcəsinə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar