Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1860/2021 08.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30.04.2014-cü il təvəllüdlü X2 və 23.04.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 01.05.2021-ci il tarixdən başlayaraq onun xeyrinə hər uşaq üçün hər ay 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında “iddianın dəqiqləşdirilməsi”nə dair ərizə təqdim edərək, Cavabdeh 30.04.2014-cü il təvəllüdlü X2 və 23.04.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olmadan 23.10.2012-ci il tarixdə el adəti ilə toy edərək ailə qurmuşlar və 2019-cu ilin mart ayınadək ümumi təsərrüfat aparmaqla birgə yaşamışlar. Tərəflərin bu evlilikdən 30.04.2014-cü il təvəllüdlü X5 və 23.04.2017-ci il təvəllüdlü X3 olmaqla 2 uşaqları anadan olmuşdur. Rəsmi nikahları olmadığı üçün atalığın müəyyən edilməsi ilə əlaqədar 16.05.2017-ci il tarixdə Gəncə “Asan Xidmət” X4 ərizə ilə müraciət etmişlər, müraciətlərinə əsasən Cavabdeh 30.04.2014-cü il təvəllüdlü X2 və 23.04.2017-ci il təvəllüdlü X1 atası hesab edilmişdir və 16.05.2017-ci il tarixli qeydiyyat nömrəsi 439 olan AZ-İ №331202, 16.05.2017-ci il tarixli qeydiyyat nömrəsi 440 olan AZ-İ №331203 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamələr verilmişdir. Ailə qurduqları vaxtdan 2018-ci ilin axırlarına qədər cavabdehlə münasibətləri normal olsa da sonradan söz-söhbətlər, narazılıqlar, mübahisələr səbəbindən münasibətləri pisləşmişdir, ər-arvad münasibətlərinin pozulması nəticəsində ailələri dağılmışdır, bərpası və birgə yaşamaları mümkün deyildir. Onlar 2 ildən çoxdur ki, birlikdə yaşamırlar, birgə təsərrüfat aparmırlar, 2019-cu ilin mart ayından faktiki olaraq ayrılmışlar, həmin vaxtdan o uşaqları ilə birlikdə cavabdehdən ayrı yaşayır, uşaqlar onun himayəsindədirlər, azyaşlı uşaqlarını saxlayır, onların sağlamlıq, inkişaf, məişət qayğılarına qalır, ona görə də heç bir yerdə işləyə bilmir və bu səbəbdən maddi vəziyyəti çox pisdir, böyüyən övladlarının artan tələbatlarını ödəməkdə çətinlik çəkir, valideynlərinin köməkliyi ilə birtəhər dolanır. Beynəxalq və milli qanunvericiliyə əsasən cavabdehin uşaqlarını saxlamaq, onların qeydinə qalmaq, valideynlik borcunu yerinə yetirmək vəzifəsi olsa da, bütün bu müddət ərzində o, uşaqlarına qarşı biganə olmuşdur, diqqət, qayğı göstərməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini, İddiaçı hər ay hər uşağa görə 150 (yüz əlli) manat, cəmi 300 (üç yüz ) manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03 may 2021-ci il tarixli, 1851 saylı arayışdan görünür ki, İddiaçı qızı, oğlu X5 və qızı X3 ilə birlikdə ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan 16.05.2017-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş “atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, 30.04.2014-cü il tarixdə anadan olmuş X2 atası Cavabdehdur. İş materiallarında olan 16.05.2017-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş “atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, 23.04.2017-ci il tarixdə anadan olmuş X1 atası Cavabdehdur. İş materiallarında olan 16.05.2017-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 23 aprel 2017-ci il tarixdə X3 anadan olmuşdur. İş materiallarında olan 16.05.2017-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 30 aprel 2014-cü il tarixdə X7 oğlu anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə Cavabdeh 30.04.2014-cü il tarixdə anadan olmuş X2 və 23.04.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2 maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Buna görə də məhkəmə hesab edir ki, alimentin tutulması iddia ərizəsinin verildiyi tarixdən, yəni 07.05.2021-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən qətnamə alimentə aid hissədə dərhal icraya yönəldilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı alimentə görə dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 500 manatdan çox olduğuna görə və ödənilmiş tələblərin məbləğinə münasib olaraq Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 30.04.2014-cü il tarixdə anadan olmuş X2 və 23.04.2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin və alimentin tutulmasının əvvəli 07.05.2021-ci il tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-1860/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1860/2021
08.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver