Məhkəmə qərarları › İş №2(044)-1866/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1866/2021

16.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1866/2021 16.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər Şöbəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması» tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən kecirib, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər Şöbəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, ərizə Ərizəçi tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263- 264, 266-269, 395-396-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şəhər Şöbəsinə qarşı «hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərarqaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar