Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1880/2021 31.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Qorçuzadə Xanım Məhəmməd qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.11.2015-ci il tarixdə anadan olmuş X3 və 20.02.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin miqdarının artırılaraq, hər uşağa hər ay 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 31.05.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 bildirdi ki, Cavabdeh daimi olaraq, Bakı şəhəri, Abşeron rayonu, Perəkəşkül qəsəbəsində yaşayır və Abşeron Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli 2(012)-2142/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsi barədə iddia ərizəsi təmin edilmişdir. Mülki işin baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında müəyyən olundu ki, Abşeron Rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli 2(012)-2142/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsi barədə iddia ərizəsi təmin edilərək, Cavabdeh 14.11.2015-ci il təvəllüdlü X3 və 20.02.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment alınaraq X4 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə öz icraatına götürdüyü işi baxılmaq üçün başqa məhkəməyə verir. Məhkəmə hesab edir ki, mülki iş baxılması üçün Bakı şəhər Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 44.2.2 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması”tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1880/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1880/2021
31.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver